Rəmzi komandaya kimlər düşəcəklər?

5.11.2026 23:19 27
Dünya futbolu
Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FİFPro) ilin rəmzi komandasına namizədlərin siyahısını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, siyahıya 26 futbolçu layiq bilinib. 2026-cı ilin rəmzi komandası noyabrın 9-da elan ediləcək. Namizədlər isə aşağıdakı futbolçulardı:

Qapıçılar: Tibo Kurtua (Real), Emiliano Martines (Çelsi), David Raya (Arsenal).

Müdafiəçilər: Pau Kubarsi (Barselona), Mark Kukurelya (Real), Vircil van Diyk (Liverpul), Qabriel Maqalyans, Vilyam Saliba (hər ikisi “Arsenal”), Əşrəf Hakimi, Nunu Mendeş (hər ikisi PSJ), Dayo Upamekano (Bavariya).

Yarımmüdafiəçilər: Cud Bellingem, Bruno Fernandeş, Entso Fernandes, Pedri, Deklan Rays, Rodri, Vitinya.

Hücumçular: Erlinq Holann (Mançester Siti), Harri Keyn, Maykl Olise (hər ikisi “Bavariya”), Xviça Kvaratsxeliya (PSJ), Kilian Mbappe (Real), Lionel Messi (İnter Mayami), Kriştiano Ronaldo (Əl-Nəssr), Lamin Yamal (Barselona).