Millimiz Bolqarıstanla üz-üzə

15.03.2025 09:54 4
Ölkə futbolu
Bu gün U-17 millimiz Avropa çempionatının 2-ci seçmə mərhələsində ikinci oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, komanda B Liqasının 2-ci qrupunda Bolqarıstanla qarşılaşacaq. Görüş saat 16.00-da başlayacaq.

Qeyd edək ki, yığmamız ilk oyunda Lüksemburqa 0:5 hesabı ilə uduzub.

Xal durumu: Bolqarıstan - 3, Lüksemburq - 3, Azərbaycan - 0, Malta - 0.