“Neftçi” “Kəpəz”lə oyuna hazırdı

5.11.2026 19:31 27
Ölkə futbolu
“Neftçi” Misli premyer-liqasının 11-ci turunda “Kəpəz”lə keçirəcəyi oyuna hazırlığını yekunlaşdırıb.

"Football-plus.az" xəbər verir ki, paytaxt klubu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

“Ağ-qaralar” son məşqdən fotolar paylaşaraq azarkeşləri qarşılaşmada komandaya dəstək olmağa çağırıblar.

“Neftçi” - “Kəpəz” matçı sabah saat 20.00-da “Palms Sports Arena”da keçiriləcək.