“Sportinq”in baş məşqçisi dəyişib. Bu barədə “A Bola” nəşri məlumat yayıb.
"Football-plus.az" xəbər verir ki, Portuqaliya klubu Ruy Borjeşi istefaya göndərib. Artıq “Sportinq” rəhbərliyi yeni baş məşqçi ilə razılığa da gəlib. Lissabon təmsilçisi Paulu Fonsekanı komandanın “sükanı arxasına” gətirməyə hazırlaşır. Məlumatı tanınmış insayder Fabritsio Romano da təsdiqləyib. O, Fonsekanın artıq “Sportinq”lə şəxsi müqaviləsinin şərtlərini razılaşdırdığını bildirib.
Portuqaliya klubu onun hazırda çalışdırdığı “Lion” klubu ilə də anlaşma əldə edib.
Lissabon klubunda zəruri dəyişiklik
Dünya futbolu





