U-19 millimiz Bolqarıstanla qarşılaşacaq

6.04.2024 10:00 178
Yığma
19 yaşadək qadın futbolçulardan ibarət millimiz Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, yığma Latviyada Bolqarıstan ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.

Qeyd edək ki, U-19 ilk oyununda Monteneqroya uduzmuşdu - 0:4. Təmsilçimiz aprelin 9-da Latviya ilə görüşəcək.