“DH Volley” Danimarka klubunu yendi, mərhələ adladı

5.11.2026 20:31 27
İdman
Qadın voleybolçulardan ibarət “DH Volley” komandası CEV Çelenc Kubokunun 1/16 final mərhələsinə vəsiqə qazanıb.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz 1/32 final mərhələsinin Bakıda keçirilən cavab oyununda Danimarkanın “Holte IF” klubunu 3:0 hesabı ilə məğlub edib. Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunan qarşılaşmada “DH Volley” ilk seti 26:24, ikinci seti 25:21, üçüncü seti isə 25:14 hesabı ilə qazanıb.

Oktyabrın 27-də Danimarkada keçirilən ilk görüşdə də 3:1 hesabı ilə qalib gələn Azərbaycan klubu iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə yüksəlib.

“DH Volley” 1/16 finalda Polşanın “LKS Commercecon Lodz” komandası ilə qarşılaşacaq.