U-21 millimizi Bolqarıstanla oyuna kim çıxaracaq?

8.09.2025 14:23 10
Ölkə futbolu
21 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə oyuna çıxaracaq məşqçi meəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

U-21 millimizin çalışçdırıcısı Ayxan Abbasov əsas yığmamızı DÇ-2026-nın seçmə ərhələsinin 2-ci turunda Ukrayna ilə görüşə çıxaracaq.

Bu səbəbdən də U-21 komandamız Bolqarıstanla matçda Elnur Çodarovun rəhbərliyi altında oynayacaq. Sabah “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 18.00-da başlanacaq.