“Böyük dəbilqə” turnirlərinin 7 qat qalibi, dünyanın keçmiş 1-ci raketkası, 45 yaşlı amerikalı tennisçi Vinus Uilyams tennisə sevgisindən danışıb.
O, bu idman növünü həyatının ən vacib hissəsi kimi dəyərləndirib. Uilyams həmişə tennis oynayacağına əminliyini ifadə edib:
"Tennis mənim DNT-mdədi. Ona görə də indi və ya 30 il sonra - fərqi yoxdu, tanrının köməyi ilə burda olacağam. Bəlkə də izləmək üçün qayıdacağam. Bəlkə deyəcəyəm ki, daha yaxşı oynayırdım. Amma hər halda, tennis həmişə həyatımın ən vacib hissəsi olacaq".
Yeri gəlmişkən, Vinus srağagün start götürən "US Open" turnirində mübarizə aparır.