“Football-plus.az” xəbər verir ki, dünən Londonda “Böyük dəbilqə” seriyasından olan ənənəvi “Uimbldon” turniri start götürüb.
Belə turnirlərin yeddiqat qalibi Vinus Uilyams elə ilk mərhələdə ukraynalı Yelina Svitolinaya uduzub (4:6, 3:6). Epizodların birində Yelinanın zərbəsindən sonra hakimlər əvvəlcə aut qərarı verib, ancaq videotəkrar topun korta düşdüyünü göstərib. Vinusun qazanmaq istədiyi xal ukraynalıya verilib.
Amerikalı tennisçi bunun qarşılığında hakimin əlini sıxmayıb və başının işarəsi ilə narazılığını ifadə edib. Oyunsonrası mətbuat konfransında isə belə deyib: