“Burda oynamışıq, burda da oynayacağıq” - “İmişli”nin bəyanatına “Kür-Araz”dan cavab gəldi

13.05.2025 17:57 67
Aktual / Ölkə futbolu
Növbəti mövsümdən elitada oynayacaq “İmişli” şənbə günü maraqlı açıqlama yayıb.

Bu bəyanatda yer alan üç klub hansılardı? Söhbət 2-ci liqa təmsilçisi - “Kür-Araz”dan, eləcə də Region Liqasında yarışan “Lokomotiv”lə “Araz İmişli”dən gedir. “İmişli”nin icraçı direktoru Aqşin Mürsəlovla bir daha əlaqə saxladıq:
“Digər komandaların oynamasının əleyhinə deyilik. Sadəcə, qazon buna tab gətirmir, dözmür. Bundan sonrakı prosesdə stadionu yararlı hala gətirməyi düşünürük”.


Stadionun xidmətindən yararlanan “Kür-Araz”ın prezidenti Mirheydər Səfiyevlə də əlaqə saxladıq:
“Bəyanatla bağlı nə deyə bilərəm? Onlar mövcud vəziyyətlə bağlı bəyanat yayıb. Çempionatımız, oyunlarımız davam edir. Nə qərar verilsə, ona uyğun da hərəkət edəcəyik. İmişlidə başqa stadion yoxdu. İki stadiondu yan-yana - biri süni örtükdü, biri təbii. Burda oynayırıq, qarşıda bir neçə oyunumuz var. İndiyəqədərki oyunlarımızı burda keçirmişik. Qalan oyunları da burda keçirəcəyik. Başqa planımız yoxdu. Stadion təmirə bağlansa, ondan sonra düşünəcəyik”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul