“Neftçi” qisas istəyir, “Zirə” itkilərlə gəlir

27.11.2026 16:52
Ölkə futbolu / Manşet
Bu gün premyer-liqanın 13-cü turunun mərkəzi oyunu keçiriləcək - lider “Neftçi” “Zirə”ni qəbul edəcək. “Ağ-qaralar” həm liderliyini möhkəmlətmək, həm də ilk dövrədə qeydə alınan məğlubiyyətin əvəzini çıxmaq niyyətindədi.

Komandalar arasında bu mövsüm keçirilən ilk qarşılaşmada “Zirə” 1:0 hesablı qələbə qazanmışdı. Bu dəfə isə meydan sahibi üstünlüyünə malik “Neftçi” azarkeşlərinin dəstəyindən yararlanaraq qisas almağa çalışacaq.

Hər iki komandanın düşərgəsində itkilər var. “Neftçi”nin mərkəz müdafiəçisi Murad Xaçayev zədə səbəbindən bugünkü görüşdə komandasına kömək edə bilməyəcək. “Ağ-qaralar”ın heyətində cəzalı futbolçu yoxdu.

“Zirə”də isə vəziyyət daha mürəkkəbdi. Qəsəbə təmsilçisi İssa Cibrila, Bayere Lue, Ktatau və Anje Mutsinzinin xidmətindən zədə üzündən yararlana bilməyəcək. “Qartallar”ın heyətində də cəzalı oyunçu yoxdu.

Xatırladaq ki, “Palms Sports Arena”da keçiriləcək oyun bu gün saat 19.00-da başlayacaq.

İSRAYIL XEYRULLAYEV