“İmişli”nin rəhbəri “Səbail”in narazılığına cavab verdi

13.05.2025 16:43 57
Ölkə futbolu / Aktual
“İmişli”nin gələn mövsüm ev oyunlarını “ASCO Arena”da keçirəcəyini xəbər vermişdik.

“Səbail” hələ elitani tərk etmədəyinə görə “İmişli”nin “ASCO Arena”ilə bağlı AFFA-dan razılıq alması birmənalı qarşılanmayıb. Hətta bölgə təmsilçisinin qeyri-etik hərəkət etdiyini deyənlər də var. Belə fikirlərə münasibətiniz? Bu sualı “İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlova ünvanladıq:
“Bu məsələnin birmənalı qarşılanmaması mənə çatmır. Aşağı liqada çıxış etmək ayıb bir şey deyil. “Səbail”in stadionunda oynamaq bizim üçün bir variantdı. İmişlidə futbolu yüksəltmək istəyirik. PFL-in tələbi var ki, premyer-liqa standartlarına uyğun stadion təqdim etmək lazımdı. Ona görə bu addımı atmışıq. Futbolun gözəlliyi bundadı ki, komanda hansısa səbəblərdən premyer-liqanı tərk edir, 1-ci liqada toparlanıb yenidən elitaya qayıdır. Burda qeyri-etik nəyinsə olduğunu bilmirəm. “Kəpəz”lə aradakı fərqi nəzərə alsaq, “Səbail” elitanı tərk edəcək. Əlavə olaraq AFFA-ya məxsus stadiondu. “Şamaxı”nın oynadığı stadionla da müqaviləmiz var. “Cəbrayıl” da “ASCO Arena”da oyunlarını keçirir. O demək deyil ki, burda bir hörmətsizlik olur”.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul