VAR hakimlərinin peşəkar inkişafı və praktiki təcrübəsinin artırılması məqsədilə Misli premyer-liqasının 13-cü turundan etibarən bəzi oyunlarda VAR hakiminin ikinci köməkçisinin iştirakı nəzərdə tutulub.
"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Bu addım AFFA Hakimlər Komitəsinin Peşəkar Futbol Liqasına ünvanladığı rəsmi müraciət əsasında həyata keçiriləcək.
Həmin hakimin VAR otağında iştirakı yalnız təlim və müşahidə xarakteri daşıyacaq, oyun epizodlarının qiymətləndirilməsi və qərarların qəbul edilməsində heç bir funksional rolu olmayacaq.
27 noyabr
Neftçi - Zirə
VAR hakiminin ikinci köməkçisi: Fəridə Lütfəliyeva.
28 noyabr
Sabah - Araz-Naxçıvan
VAR hakiminin ikinci köməkçisi: İslam Məmmədov.
30 noyabr
Qarabağ - Sumqayıt
VAR hakiminin ikinci köməkçisi: Niyaz Əhmədov
Premyer-liqada VAR hakiminin ikinci köməkçisi də olacaq
Ölkə futbolu





