Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Bu nominasiyanın qalibi Entoni Qordon olub.
"Football-plus.az" xəbər verir ki, “Barselona”nın hücumçusu liqa mərhələsinin 5-ci turunun “Sabah”la oyununda komandasının 4:1 hesablı qələbəsində dubl etməklə rol oynamışdı. İngiltərəli futbolçu UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə birinci yeri tutub. Qordon “Real”ın hücumçusu Kilian Mbappeni (PSV ilə matçda 2 qol vurub, 1 məhsuldar ötürmə verib), “Leyptsiq”in vingeri Antonio Nusanı (“Lans”la matçda 2 qol vurub) və “Betis”in hücumçusu Kuço Ernandesi (“Slovan”la matçda 2 qol vurub) qabaqlayıb.
Əlavə edək ki, Qordon bu mövsüm Çempionlar Liqasında 5 matça çıxıb və 3 qol vurub.
“Sabah”a iki qol vurdu, həftənin ən yaxşısı seçildi
Dünya futbolu





