İmişli – Zirə 2:2 (0:1)
1. Yusif İmanov – 4,5
19. Azər Salahlı (k) – 5,0
70. Mehdi Tahirov – 5,0
(8. Xuan Ernandes, 65) – 5,5
33. Əkbər Eyubov – 5,0
13. Rafael Vieqaş – 5,0
5. İdris İnqilablı – 5,0
21. Ronaldo Rodriges – 5,5
77. Fərid Nəbiyev – 5,0
(10. Dioqo Kardoso, 65) – 5,5
17. Seyxan Fərəcov – 6,0
(42. Sebai Senin, 89) – qiymətsiz
7. Juninyo – 5,5
(6. Yau Mozes, 89) – qiymətsiz
9. Dioqo Almeyda – 5,0
Ehtiyat oyunçular
22. Sadiq Məmmədzadə
99. İmam Əli
3. Tuncay Yusifli
30. Xəlil Mürsəlli
55. Murad Ələkbərov
87. Toğrul Haqverdiyev
Məşqçi: Ervins Perkons
Komandanın ən yaxşısı: Seyxan Fərəcov
12. Maykon Kleyton – 5,0
3. Dimitri Leqbo – 6,0
33. Mehdi Mişahşah – 5,0
4. Ruan Renato – 5,0
32. Qismət Alıyev (k) – 4,5
21. Rikardo Martins – 5,0
17. Vieyrinya – 5,5
(8. İsmayıl İbrahimli, 71) – 5,0
29. Kris Diqbeu – 5,5
(10. Georgi Papunaşvili, 71) – 5,0
7. Ərən Aydın – 5,0
9. Davit Volkov – 5,5
11. Ayxan Hüseynov – 5,5
(2. Amin Seydiyev, 71) – 5,0
Ehtiyat oyunçular
13. Aydın Bayramov
72. Hüseynəli Quliyev
14. Elçin Əlicanov
6. Hacıağa Hacılı
23. Dameyn Smit
57. Yusif Hacıyev
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Dimitri Leqbo
Qollar: D.Volkov, 44 (0:1, D.Leqbo). R.Martins, 55 (0:2, D.Leqbo). S.Fərəcov, 71-p. (1:2). S.Fərəcov, 75-p. (2:2).
Vərəqələr: M.Mişahşah, 31 (qeyri-idman hərəkəti). X.Ernandes, 89 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev (hamısı Bakı).
VAR hakimi: Kamranbəy Rəhimov (Bakı).
VAR hakiminin köməkçisi: Kərim Zeynalov (Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
20 noyabr. Yevlax. Şəhər stadionu. 150 tamaşaçı (6000 yerlik).
Birinci hissəyə 4, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
“Zirə” oyuna çox fəal başladı. Kənardan baxan elə düşünə bilərdi ki, bu, “qartallar” üçün ölüm-qalım oyunudu.
Artıq 4-cü dəqiqədə Əkbərin kobud səhvindən sonra Ərən hesabı açmağa yaxın oldu, ancaq onun zərbəsi qapıdan aralı keçdi. Nominal meydan sahibləri mərkəzi ilk dəfə yalnız 12-ci dəqiqədə keçə bildi. Qonaqların hücumları daha təhlükəli alınırdı. 18-ci dəqiqədə Ərən soldan cərimə meydançasına ötürmə verdi, Yusif həm Volkovun, həm də Martinsin təhlükəli zərbəsini qaytardı. 32-ci dəqiqədə Aran təmsilçisi də maraqlı hücum qurdu. “Zirə”nin cərimə meydançasına göndərilən asmanı Ronaldo baş zərbəsi ilə tamamladı. Sadəcə, Kleyton topa barmaqlarının ucu ilə toxunub, onun tirə dəyməsinə səbəbkar oldu. 38-ci dəqiqədə “Zirə”nin cərimə meydançasında yetərincə şübhəli vəziyyət yarandı. Topa zərbə vurmaq istəyən Nəbiyev Diqbeunun müdaxiləsi ilə üzləşdi. Maraqlıdı ki, hakim heç VAR-a baxmağa da ehtiyac duymadı. Komandalar fasiləyə yollanmağa hazırlaşarkən hesab açıldı. Diqbeudan ötürmə alan Leqbo Vieqaşla Eyubovun ona mane olmağa çalışmasına rəğmən, topu cərimə meydançasındakı Volkova çatdırdı. Gürcü hücumçu karyerasındakı ən asan qollardan birini vurdu.
“Zirə” 2-ci hissəyə də fəal başladı və bunun məntiqi nəticəsi kimi 55-ci dəqiqədə fərqi artırdı. Qismət cərimə meydançasına asma etdi. Vieqaşın çıxardığı top Leqbonun önünə düşdü, o isə Martinsə ötürmə verdi. Portuqaliyalı yarımmüdafiəçi uzaq məsafədən qapıya güclü və gözlənilməz zərbə vurdu. Yusif bu zərbəyə qətiyyən hazır deyildi. 65-ci dəqiqədən, yəni Perkons meydana iki yeni oyunçu buraxandan sonra oyunun axarı kəskin dəyişdi. Ya bəlkə də qonaqlar qələbə qazanacaqlarına hədsiz tez inandılar. 68-ci dəqiqədə maraqlı hadisə baş verdi. Vieqaşın sol cinahdan cərimə meydançasına göndərdiyi top ehtiyatsızlığa yol verən Qismətin əlinə dəydi. VAR monitoruna baxan Cavid Cəlilov “nöqtə”ni göstərdi. Seyxan qapıçı ilə topu fərqli künclərə yönətldi. Maraqlıdı ki, bu qol da qonaqları ayıltmadı. Onlar 74-cü dəqiqədə müdafiədə növbəti kobud səhvə yol verdi. Kardosodan ötürmə alan Seyxan cərimə meydançasına daxil olandan sonra Martins ona qarşı kobud oynadı. Hakim bu dəfə penalti qərarı verməkdə tərəddüd etmədi. Yenə Seyxan, yenə qol. 81-ci dəqiqədə Kardoso az qala 3-cü topu da “Zirə”nin qapısından keçirəcəkdi. 85-ci dəqiqədə isə Volkov inanılmaz imkanı əldən verdi. Beləliklə, Yevlaxda qələbə qazana bilməyən, ardıcıl 9-cu oyunda da qol buraxan “Zirə” liderlərdən qrupundan bir qədər də aralı düşdü.
Gözdən qaçmadı
80-ci dəqiqədə Qismətin qapı önündəki mənasız ötürməsinə Rəşad Sadıqov çox əsəbi şəkildə reaksiya verdi. İnsafən, buna haqqı var idi.
ORXAN
“Zirə” 2:0-dan sonra “yuxuya getdi” - REPORTAJ
Reportaj





