“Belə nəticələr bol olsun” – Mirheydər Səfiyev

28.04.2025 12:16 66
Aktual / Ölkə futbolu
Son turda “Zaqatala”nı iki cavabsız qolla məğlub edən “İmişli” premyer-liqaya vəsiqə qazandı. İmişli 19 ildən sonra böyük futbola, elitaya qayıtdı.

Sonuncu dəfə “MKT-Araz” İmişlini elitada təmsil edib. Həmin klubun rəsmilərindən biri hazırda “Kür-Araz”ın prezidenti olan Mirheydər Səfiyev idi. Mirheydər bəylə əlaqə saxladıq, bu suallara cavab almağa çalışdıq: “İmişli”nin elitaya yüksəlməsini necə qarşıladız? Sizcə, rəqabətədavamlı komanda olacaqmı? Klub rəhbərliyi heç sizinlə hansısa məsələ ilə bağlı məsləhətləşirmi? Səfiyevin “Football-plus.az”a cavabı:
“Əlbəttə sevindirici haldı. Elitada oynamaq qürurvericidi. Komandanı və bütün kollektivi təbrik edirəm. Bundan sonra da uğurlu çıxış etmələrini və Avropa kuboklarına vəsiqə qazanmalarını arzulayıram. Uğurlu nəticələr bütün futbolumuzun inkişafına müsbət təsir göstərəm amillərdi. Belə nəticələr bol olsun”.
ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul