“Sabah”la kubok oyununun 84-cü dəqiqəsində zədələnən “Neftçi”nin yaponiyalı futbolçusu Rinosuke Ohori hələ də yaşıl meydanlara qayıtmayıb.
Futbolçunun durumu ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı ilə əlaqə saxladıq:
“Ohori hələ ki məşqlərə başlamayıb, müalicəsi davam edir”.
“Neftçi” ilə 6 ay+2 illik müqaviləsi olan Ohori komandaya qış “transfer pəncərəsi”ndə qoşulub. O, “ağ-qaralar”ın heyətində meydna çıxdığı 8 oyunda 1 məhsuldar ötürmə verib.
MÜZƏFFƏR QULUZADƏ