"Araz-Naxçıvan"da klubdaxili iclas - baş məşqçi istefa verdi!

25.09.2024 21:50 2 542
Aktual / İdman
"Araz-Naxçıvan" futzal komandasının baş məşqçisi Vitali Borisov vəzifəsindən ayrılıb.

Bu barədə "Football-plus.az"a Muxtar Respublika təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib. Onun sözlərinə görə, mütəxəssis bundan sonra yalnız yığmanı çalışdıracaq:

"Bu gün klubdaxili iclas keçirildi. Təbii ki, müzakirə olunan məsələ "Araz-Naxçıvan"ın Çempionlar Liqasının ilkin mərhələsində qazandığı nəticələr idi. İclasda mən, idman direktoru Marat Salyanski, məşqçilər korpusu və komandanın kapitanı Emin Kürdov iştirak etdi. Müzakirələrin sonunda belə qərara gəldik ki, Vitali Borisovla "Araz-Naxçıvan" arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilsin".

Xatırladaq ki, "Araz-Naxçıvan" Çempionlar Liqasında qrupu 2-ci pillədə tamamlayıb və ilkin mərhələdə mübarizəni dayandırıb.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul