Darbo da gəldi

15.01.2025 17:24 394
Aktual / Ölkə futbolu
Bildiyimiz kimi, “Neftçi” Qəbələdəki təlim-məşq toplanışına yekun vurub. Amma qambiyalı hücumçu Dembo Darbo vətənində zədəsini sağaltdığına görə toplanışa qatıla bilməmişdi.

“Ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı Darbonun yaxın günlərdə komandaya qoşulacağını söyləmişdi. Görəsən, Darbo artıq Azərbaycana qayıdıbmı? Bu sualı Asəf bəyə ünvanladıq:

“Darbo artıq Bakıdadı. Sabahdan etibarən komandanın düşərgəsinə qoşulacaq. Fərdi məşqlərə başlayacaq”.

ƏSƏD SEYİDOV