Bir neçə həftə “istirahət edəcək”

2.01.2025 12:50 424
Dünya futbolu
“Liverpul”un zədəli oyunçusu Co Qomesin aqibəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, premyer-liqanın “Vest Hem” ilə oyununda (5:0) sıradan çıxan müdafiəçi bir neçə həftə oynaya bilməyəcək. Bunu jurnalistlərə baş məşqçi Arne Slot açıqlayıb.

Qeyd edək ki, Co cari mövsümdə premyer-liqada 9 oyunda iştirak edib.