Azı 9 həftə oynaya bilməyəcək

17.02.2024 12:57 183
Dünya futbolu
Kallum Uilsonun aqibəti müəyyənləşib.

“Nyukasl”ın hücumçusu döş vətərindən əməliyyat olunacaq. 31 yaşlı futbolçu bu səbəbdən təxminən 9-12 həftə oynaya bilməyəcək.

Kallum bu mövsüm premyer-liqada meydana çıxdığı 16 oyunda 7 qol vurub.