Bir neçə həftə oynaya bilməyəcək

6.12.2024 15:38 461
Dünya futbolu
“Liverpul”un mərkəz müdafiəçisi İbrahima Konate zədələnib.

25 yaşlı futbolçu Çempionlar Liqasının əsas mərhələsinin “Real”la son oyununda (2:0) sıradan çıxıb. Onun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Konate bu mövsüm İngiltərə çempionatında 12 oyuna 1 qol vurub.