Müayinədən keçən David Alabanın aqibəti müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, “Real”ın oyunçusu Çempionlar Liqasının “Çelsi” ilə son matçında (2:0) sıradan çıxmışdı. Avstriyalı müdafiəçi azı iki həftə oynaya bilməyəcək. Alaba komandasına La Liqanın “Selta”, “Jirona”, “Almeriya” və “Real Sosyedad” ilə növbəti matçlarında kömək edə bilməyəcək. Onun İspaniya kubokunun mayın 6-da “Osasuna” ilə keçiriləcək final oyununda iştirakı mümkündü.