Stanislav Çerçesovun Qazaxıstanı qola həsrət qalmaqda və məğlubiyyətləri sıralamaqda davam edir.
Düzdü, ən azı son 2 oyundan fərqli qazaxlar bu dəfə darmadağın olmadılar. Amma təsəlli üçün bundan başqa bir məqam tapmaq çətindi. Bu komandaların ilk görüşündə het-trik edən Şeşko bu dəfə qol vura bilməsə də, səhnəyə sloveniyalıların digər ismi Mlakar çıxdı. Onun ikinci hissənin əvvəllərində vurduğu qol oyunda yeganə oldu. Bu nəticə ilə qazaxların qələbəsiz seriyası 8 oyuna çatdı (1 heç-heçə, 7 məğlubiyyət).
Qeyri-adi bir şey baş verməsə, bu komanda növbəti ML-də artıq C liqasında çıxış edəcək. Avstriyanın qisası isə çox ağır oldu. Bir ay öncə Osloda 1:2 hesabı ilə uduzan Ralf Ranqnikin komandası bu dəfə rəqibi Holannqarışıq meydandan silip-süpürdü. Hərçənd ilk yarı bərabər mübarizə şəraitində keçdi və tərəflər fasiləyə heç-heçə ilə yollandılar. Amma Avstriya ikinci hissənin ilk 26 dəqiqəsinə 4 top sığışdırdı!
Qeyd edək ki, Norveç sonuncu dəfə bir oyuna ən azı 5 topu 2017-nin sentyabrında səfərdə Almaniya ilə oyunda (0:6) buraxmışdı. Avstriyanın bu qələbəsi ilə liderlik uğrunda intriqa bir qədər də qəlizləşdi. Çünki artıq üç komandanın hesabında 7 xal var.
B liqası, 3-cü qrup
4-cü tur
Avstriya – Norveç 5:1 (1:1)
Avstriya: Pents, Poş, Trauner (Svoboda, 78), Linhart, Mvene, Zayvald, Laymer (Qrillitş, 84), Şmid (Vimmer, 78), Baumqartner (Zaydl, 84), Zabitser, Arnautoviç (Qreqoritş, 69).
Norveç: Nyulann, Pedersen, Ayer, Hanke-Olsen, Volfe (Heqqem, 78), Ryuyerson (Berq, 63), Berge, Torsbi (Dennum, 63), Nusa (Myure, 63), Sörlot (Larsen, 84), Holann.
Qollar: Arnautoviç, 8 (1:0). Sörlot, 39 (1:1). Arnautoviç, 49-p. (2:1). Linhart, 58 (3:1). Poş, 62 (4:1). Qreqoritş, 71 (5:1).
Vərəqələr: Berge, 28. Poş, 45+2. Hanke-Olsen, 47. Myure, 88 – sarı.
Hakim: Tamaş Boqnar (Macarıstan).
13 oktyabr. Lints. 16500 tamaşaçı.
Qazaxıstan – Sloveniya 0:1 (0:0)
Qazaxıstan: Şatski, Bıstrov, Maroçkin, Alip, Voroqovski, Taqıberqen (Skvortsov, 69), Darabayev (Payruz, 78), Zaynutdinov, İslamxan, Çesnokov (Baltabekov, 64), Aymbetov (Jaksılıkov, 64).
Sloveniya: Oblak, Stoyanoviç, Drkuşiç (Bayriç, 48), Biyol, Yanza, Elsnik, Qnezda-Çerin, İliçiç (Petroviç, 71), Mlakar (Kurtiç, 87), Şporar (Vipotnik, 74), Şeşko.
Qol: Mlakar, 55.
Vərəqələr: Çesnokov, 9. Bıstrov, 30. İliçiç, 42. İslamxan, 61. Alip, 75 – sarı.
Hakim: Kreyq Pouson (İngiltərə).
13 oktyabr. Almatı. 19783 tamaşaçı.
1. Norveç 4 2 1 1 6-6 7
2. Avstriya 4 2 1 1 11-4 7
3. Sloveniya 4 2 1 1 5-4 7
4. Qazaxıstan 4 0 1 3 0-8 1
14 noyabr: Sloveniya – Norveç, Qazaxıstan – Avstriya.