“Son 10 dəqiqəni çıxmaq şərti ilə yaxşı oynadıq” - Berdıyev

30.10.2026 21:02 72
Ölkə futbolu / Manşet
“Turan Tovuz”un “Sabah”ı 3:2 hesabıyla məğlub etdiyi oyundan sonra baş məşqçi Kurban Berdıyev jurnalistlər önünə çıxdı.

- Qələbəyə görə çox sevinirəm. Sona yaxın təşəbbüsü əldən verdik.

- Ölkə çempionu uzun müddət idi məğlub olmurdu. Bu gözəl qələbədə həlledici məqam nə oldu?
- Çempiona qarşı yaxşı köklənmişdik. Futbolçular özlərini sübut etmək istəyirdilər. Son 10 dəqiqəni çıxmaq şərti ilə yaxşı oynadıq.

- Kapitan yersiz “sarı” aldı və siz də epizoda görə narazılıq etdiz. Buna görə onu bağışlamaq olarmı?
- Emosiyalara görə oldu. Emosiyalarına hakim olmalıydı.

- İki gündü Tovuzda bayramdı. Dünən “Turan”ın voleybol komandasının oyunun izləmişdizmi? Futbolda yayda Avropa komandalarını görə bilərikmi?
- Dünənki oyunu da izlədim. Onlara görə həyəcan keçirirdik. Şükürlər olsun ki, qələbə qazandılar. Bolqarıstan komandası ilə oyunda da uğurlar arzulayıram. Tovuz azarkeşləri üçün bayramdı.

ƏSƏD SEYİDOV