''Lukakunu transfer edərkən ''Çelsi'' ilə qarmaşıq bir anlaşma əldə etdik və üçillik müqavilə imzaladıq. Ancaq futbolda bəzən işlər planlaşdırılan şəkildə irəliləmir. Önəmli bir maaş yükünü idarə etməli idik. Çünki daha sonra Höylunnun da transferinə ciddi sərmayə qoyduq. Lukakunun satış prosesi gözlədiyimiz kimi getmədi. İşlər çox qarışdı. Ancaq transfer bazarında onu ala biləcək bir klub tapdıq. Bu baxımdan bəxtimiz də gətirdi. Ancaq Lukakuya yenə də ən yaxşısını arzu edirəm. Bizimlə birlikdə skudettonu qazandı və bizə həqiqətən də çox şey verdi''.
Qeyd edək ki, belçikalı ulduzun Türkiyə karyerası heç də uğurlu şəkildə irəliləmir. 32 yaşlı forvard ''Fənər''də indiyə qədər 13 rəsmi oyunda 420 dəqiqə meydanda olub və aktivinə 1 qol, 1 məhsuldar ötürmə yazıb.
Lukakunun ''sarı-lacivərdlilər''lə müqaviləsində çempionluqla bağlı maddə var. Komanda çempion olacağı təqdirdə müqavilə birillik yenilənəcək. Çempionluq gəlməyəcəyi halda isə müqavilənin müddəti 2027-nin yayında başa çatacaq.





