• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İnter” yarımfinalın “qapısını araladı” - REPORTAJ

Dünya futbolu

14-04-2023, 12:0

Benfika – İnter 0:2 (0:0)

Benfika (Lissabon, Portuqaliya): Vlahodimos, Jilberto, A.Silva, Morato, Qrimaldo, Çikinyo, Luiş (Neres, 64), Mario, R.Silva, Eursnes, Ramoş.
İnter (Milan, İtaliya): Onana, Dyumfris (D`Ambrosio, 86), Darmian, Açerbi, Bastoni (De Vrey, 90), Dimarko (Qosens, 63), Mxitaryan, Brozoviç, Barella, Martines (Korrea, 63), Ceko (Lukaku, 63).

Qollar: Barella, 51 (0:1). Lukaku, 82-p. (0:2).
Vərəqələr: A.Silva, 22. Brozoviç, 50. Ceko, 83 – sarı.
Hakim: Maykl Oliver (İngiltərə).
11 aprel. Lissabon. 62594 tamaşaçı.

“İnter” daha adlı-sanlı komanda sayılmasına və heyətinə görə üstün görünməsinə baxmayaraq, konkret bu qarşılaşmada favorit hesab olunmurdu. Çünki Simone İnzaqinin komandası son vaxtlar qeyri-sabit təsir bağışlayaraq qalib gəlməkdə çətinlik çəkirdi. “Benfika” isə Rocer Şmidtin başçılığı altında çox güclü mövsüm keçirirdi. Lissabon nəhəngi PSJ və “Yuventus”un yer aldığı qrupu lider kimi tamamlamışdı. Üstəlik “Benfika” bu oyuna qədər 23 qolla “Napoli”dən (25) sonra bu mövsüm ÇL-də ən məhsuldar komanda idi. Amma bu dəfə meydan sahiblərinə nə bu faktlar kömək etdi, nə də güclü azarkeş dəstəyi.

İlk hissə o qədər də baxımlı alınmadı. Temp aşağı idi və qapılar önündə nadir hallarda təhlükə yaranırdı. Belə oyun, təbii ki, qonaqlara daha çox sərf edirdi. “Benfika” evdə oynadığından məhz portuqaliyalılar tempi artırmalı və fəallıq göstərməli idilər. Lissabon nəhənginin bu passivliyi fasilədən sonra da davam edincə, qonaqlar işi cavab oyununa saxlamamaq qərarına gəldilər. İkinci hissənin əvvəllərində Vlahodimos topu tordan çıxarmalı oldu. Müdafiəçilər Ceko ilə Martinesi bağlamağa çalışdığı vaxtda səhnəyə Barella çıxdı. 175 sm boya malik yarımmüdafiəçi Bastoninin sol cinahdan asması zamanı başla topu tora göndərdi. Təbii ki, bu, Barellanın “İnter”in heyətində başla vurduğu ilk qol oldu! Beləcə milanlıların “çərçivə”yə ilk zərbəsi qolla nəticələndi. Hesab açılandan sonra oyunun ssenarisi çox da dəyişmədi. “Benfika”nın cılız hücumları “İnter” müdafiəçiləri üçün problem yaratmırdı.

Oyunun axarı onu göstərirdi ki, “Benfika”nın bərabərlik qolundan çox “İnter” ikinci qolu vurmağa yaxındı. Mxitaryan və Dyumfris gözəl fürsətləri əldən verdikdən sonra “neradzurra” 80-ci dəqiqədə penalti qazandı. İngiltərəli Maykl Oliver VAR-ın məsləhətindən sonra Marionun əllə oyununa görə penalti təyin etdi. Lukaku soyuqqanlı şəkildə topu tora göndərməklə həm yekun nəticəni müəyyənləşdirdi, həm də faktiki olaraq bu dueldə intriqanı öldürdü. Düzdü, “Benfika” bu mövsüm artıq “Yuventus” kimi İtaliyanın digər nəhəngini səfərdə yenməyi bacarıb. Amma etiraf edək ki, bu nəticədən sonra “Qartallar”ın şansları çox azaldı. Bir möcüzə baş verməsə, bu mövsüm 2017-dən bu yana ilk dəfə finalda İtaliya klubu yer alacaq!

Oyunun statistikası
12 (2) qapıya (“çərçivə”yə) zərbə 9 (4)
4 künc zərbəsi 6
1 ofsayd 1
11 qayda pozuntusu 9
1(0) sarı (qırmızı) vərəqə 2(0)
57 topa sahibolma (faizlə) 43

Faktlar
* “Benfika”nın ÇL-də 1/4 final lənəti davam edir. Komanda bu mərhələdə ardıcıl 11-ci oyunda qələbəyə həsrət qaldı (4 heç-heçə, 7 məğlubiyyət).
* “Benfika” bu mövsüm ÇL-də ilk dəfə uduzdu. Bundan başqa komandanın avrokuboklarda 18 oyunluq qol vurmaq seriyası qırıldı.
* “İnter” avrokuboklarda Portuqaliyada keçirdiyi 11-ci oyunda cəmi 2-ci qələbəsini qazandı (5 heç-heçə, 4 məğlubiyyət). Bu oyuna qədər komanda Portuqaliyada keçirdiyi son 6 qarşılaşmanın 5-də qola həsrət qalmışdı.
* “İnter” ÇL-də keçirdiyi son 8-ci oyunda 6-cı dəfə qapısını toxunulmaz saxladı.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

8-03-2023, 02:0

"Çelsi" və "Benfika" 1/4 finalda - YENİLƏNİB

Manşet / Çempionlar Liqası

27-10-2022, 00:0

"Liverpul" və "Bavariya"dan qələbə, "Barselona" qrupda qaldı - YENİLƏNİB

Dünya futbolu

5-04-2023, 13:0

“Benfika”da yeni müqavilə

Manşet / Çempionlar Liqası

13-10-2022, 00:0

Barselonada dramatik matç, "Liverpul"dan darmadağın - YENİLƏNİB

Manşet / Çempionlar Liqası

3-11-2022, 02:0

Emreli oynadı, “Dinamo” uduzdu - YENİLƏNİB

Aktual
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
Son xəbərlər
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 210
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə