Hidayət Heydərov bürünc medal qazandı - "Böyük Dəbilqə"

30.10.2026 19:00 27
İdman
Cüdoçumuz Hidayət Heydərov BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də fəxri kürsüyə yüksəlib.

"Football-plus.az" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə Böyük Britaniya təmsilçisi İrakli Qoqinaşviliyə qalib gəlib.

Beləliklə, Heydərov turniri bürünc medalla başa vurub. Bu, millimizin Əbu-Dabi "Böyük Dəbilqə"sində qazandığı 4-cü medal olub.

Daha əvvəl Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) isə bürünc medal əldə ediblər.