"Turan Tovuz" "Sabah"ı qəbul edir - YENİLƏNİR

30.10.2026 17:10 63
Ölkə futbolu / Manşet
Bu gün Misli premyer-liqasında 10-cu tura start veriləcək.

Dörd gün ərzində keçiriləcək qarşılaşmalar “CBC Sport”un efirində canlı yayınlanacaq. “Turan Tovuz” – “Sabah” matçını isə həm də “İdman TV”də izləmək mümkün olacaq.

Misli premyer-liqası
1-ci dövrə, 10-cu tur
30 oktyabr
Turan Tovuz – Sabah

“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 8:+2=1-5, 9:13.
2022/23 – 0:1, 0:2; 2023/24 – 2:3, 2:0; 2024/25 – 1:1, 2:1; 2025/26 – 1:3, 1:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 25-30-45.
Hakimlər: KAMRANBƏY RƏHİMOV, Akif Əmirəli, Namiq Hüseynov, Əkbər Əhmədov.
VAR hakimi: Fərid Hacıyev.
VAR hakiminin köməkçisi: Müslüm Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz, şəhər stadionu. Saat 18.30.

Hələ sabit nəticələr qazanmaqda çətinlik çəkən “Turan Tovuz” 4-cü sırada qala bilib. Ancaq mütəmadi uğurlar qazanılmasa, “avrokubok zonası”nda möhkəmlənmək müşkülə çevriləcək. Bu baxımdan, “Sabah”la matçda sərfəli nəticə qazanmaq vacibdi. Əlbəttə, “bozqurd” “doğma divarlar” arasında son çempiona mövsümün ilk məğlubiyyətini yaşatmaq haqda da düşünə bilər. Lakin ilk “üçlük”də sıxlığı nəzərə alsaq, “bayquşlar” səfərdə büdrəməmək üçün əlindən gələni edəcək.

Komandalar indiyə qədər 15 dəfə qarşılaşıb.
Bunların 4-də Tovuz, 8-də Bakı təmsilçisi qələbə qazanıb, 3-də qalib müəyyənləşməyib. Topların nisbətində “Sabah” öndədi – 23:19.

31 oktyabr
Araz-Naxçıvan – Zirə

“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 6:+2=1-3, 5:8.
2023/24 – 1:0, 0:3; 2024/25 – 1:1, 0:1; 2025/26 – 0:1, 3:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 25-30-45.
Hakimlər: ELVİN BAYRAMOV, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev
VAR hakimi: Əliyar Ağayev
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı, şəhər stadionu. Saat 15.00.

Hər iki komanda kubokda 1/8 finala vəsiqə qazana bildi. Ancaq xüsusən “Zirə” hədəfə çatmaq üçün xeyli güc sərf etdi. Odu ki, “Araz-Naxçıvan” rəqibin yorğunluğundan faydalana, mövsümdə ilk qələbəsini qazana bilər. O başqa məsələ ki, “qartallar” 4-cü sıradan uzaq düşməmək, hətta “Turan Tovuz” – “Sabah” matçının nəticəsindən asılı olaraq, ilk “dördlüy”ə yüksəlmək şansını əldən verməmək üçün yenə sonadək döyüşməkdən çəkinməyəcək.

İndiyə qədər 11 dəfə üz-üzə gələn komandalar hərəyə 4 qələbə qazanıb, 3 oyun heç-heçə bitib. Topların nisbətində qəsəbə təmsilçisi öndədi – 10:8.

Qəbələ – Qarabağ
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 32:+7=8-17, 29:48.
2006/07 – 0:2; 2007/08 – 1:2; 2008/09 – 1:2; 2009/10 – 1:1, 3:1; 2010/11 – 2:1: 2010/11 – 0:0; 2011/12 – 1:0; 2012/13 – 1:1, 0:2; 2013/14 – 0:1, 0:1; 2014/15 – 2:1, 1:1; 2015/16 – 2:2, 1:2; 2016/17 – 2:0, 2:0; 2017/18 – 1:0, 0:1; 2018/19 – 1:3, 1:2; 2019/20 – 1:1; 2020/21 – 1:1, 0:5; 2021/22 – 0:2; 2022/23 – 0:1, 1:3; 2023/24 – 1:2, 0:4; 2025/26 – 1:2, 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 20-30-50.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Şirmamed Mamedov, Teymur Teymurov, Nazim Abdullayev.
VAR hakimi: Cavid Cəlilov.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qəbələ, şəhər stadionu. Saat 17.30.

“Qəbələ”nin durumu ürəkaçan deyil. Lakin “qırmızı-qaralar”ın “Araz-Naxçıvan”ı, ardından “Mingəçevir”i məğlub etdiyini bilirik. Bu məqam komandanın psixoloji durumunu böyük ölçüdə yaxşılaşdırıb. Deməli, meydan sahiblərinin güclü qonaqlara müqavimət göstərmək üçün motivasiyası var. Sadəcə, “Qarabağ” hazırda xal itirməyi ağlına belə gətirmir. Ümumiyyətlə, “köhlən atlar”ın özünü qonaq kimi aparacağını düşünmək sadəlövhlük olar. Axı ağdamlılar yetərincə gərgin çempionluq mübarizəsinin içindədi.

Bu komandalar indiyə qədər 65 dəfə qarşılaşıb. Bunların 10-da “Qəbələ”, 38-də “Qarabağ” qalib gəlib, 17-də hərəyə 1 xal düşüb. Topların nisbətində “köhlən atlar” öndədi – 109:49.

1 noyabr
Şamaxı – Neftçi

“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 40:+12=8-20, 39:52.
1999/00 – 2:3; 2000/01 – 1:4; 2001/02 – 0:2, 0:1, 0:0; 2004/05 – 2:1; 2005/06 – 0:1; 2006/07 – 0:1; 2007/08 – 0:0; 2008/09 – 2:2; 2009/10 – 1:0, 1:1; 2010/11 – 0:2, 1:1; 2011/12 – 2:1, 1:2; 2012/13 – 1:1, 0:1; 2013/14 – 3:1, 2:1; 2014/15 – 2:1, 4:0; 2015/16 – 1:0, 0:1; 2016/17 – 2:1, 1:3; 2017/18 – 0:2, 2:1; 2018/19 – 0:1, 0:1; 2019/20 – 2:1; 2020/21 – 0:1, 0:3; 2021/22 – 3:2, 1:2; 2022/23 – 0:1, 0:1; 2024/25 - 0:0, 0:2; 2025/26 – 2:2.
Cəzalı: İqor Ribeyro (Neftçi).
“Futbol+”in proqnozu: 25-30-45.
Hakimlər: TURAL QURBANOV, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev
VAR hakimi: Kamal Umudlu.
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı, şəhər stadionu. Saat 15.00.

“Şamaxı”nın 7 oyuna çatan məğlubiyyətsizlik seriyası sonuncu – “İmişli” ilə matçda qırıldı. Ancaq qısa müddətdə toparlanan “şirlər” kubokda 1/8 finala vəsiqə qazana bildi. İndi növbə “Neftçi”dən xal qoparmaqdadı. Komandanın buna nail ola bilib-bilməyəcəyi hələ sual altında olsa da, meydan sahiblərinin döyüşkən oyun göstərəcəyi bəllidi. Odu ki, “Neftçi”ni səfərdə asan sınaq gözləmir. İstənilən halda, “ağ-qaralar” yalnız qələbə haqda düşünməli, son üç turda itirdiyi xalları kompensasiya etməlidi.

Bu komandalar indiyə qədər 81 dəfə üz-üz gəlib. Həmin oyunların 16-da “Şamaxı”, 45-də “Neftçi” qələbə qazanıb, 20-də qalib müəyyənləşməyib. Topların nisbətində bakılılar öndədi – 130:74.

Kəpəz – İmişli
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 2:+0=0-2, 0:4.
2025/26 – 0:3, 0:1.
Cəzalı: Juninyo (İmişli).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov.
VAR hakimi: Rəşad Əhmədov.
VAR hakiminin köməkçisi: Kərim Zeynalov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Gəncə, şəhər stadionu. Saat 17.30.

“Kəpəz” nəinki azarkeşlərini, bütün futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirməkdə davam edir. Premyer-liqada son 5 matçda uduzmayan “sarı-göylər” kubok matçında qalib gəldi. İndi növbə “İmişli”yə çatıb. Sadəcə, bu dəfə daha ehtiyatlı davranmaqda fayda var. Ona görə ki, yola müvəqqəti baş məşqçi Ervins Perkonsla davam edən “İmişli” də kubok sınağından üzüağ çıxdı. Üstəlik, Aran təmsilçisi elitadakı son iki matçda qalib gəlib. Belədə Gəncədə növbəti futbol bayramına şahidlik edəcəyimizə şübhə qalmır.

Komandalar indiyə qədər 3 dəfə qarşılaşıb. Bunların 2-də “pələnglər” qələbə qazanıb, 1-də qalib müəyyənləşməyib. Topların nisbətində Aran təmsilçisi öndədi – 4:0.

2 noyabr
Sumqayıt - Şəfa

“Sumqayıt” bu rəqiblə evdə ilk dəfə qarşılaşacaq.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-35-25.
Hakimlər: NİCAT İSMAYILLI, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əli Əliyev.
VAR hakimi: Rauf Cabbarov.
VAR hakiminin köməkçisi: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Sumqayıt, “SOCAR Polymer Arena”. Saat 19.00.

“Sumqayıt” hələ tam “relsə düşməsə” də, azarkeşlərini ümidləndirə bilib. Ən əsası, “kimyaçılar” artıq təhlükəli zonadan uzaqdadı. Lakin iş bununla bitə bilməz. Bu matçda məhz autsayderlər qrupundakı “Şəfa”nı yenməklə üstünlüyü bir qədər də möhkəmlətmək mümkündü. Paytaxt təmsilçisi isə meydana tilsimi qırmaq, daha doğrusu, 7 oyundu davam edən qələbə həsrətinə son qoymaq üçün çıxacaq. Debütant da ev oyunlarını bu stadionda keçirdiyi üçün qonaqlar üçün səfər çətinliyindən bəhs etmək düzgün olmaz. Lakin hələ “Mehdi Hüseynzadə”nin ot örtüyü tam bərpa olunmadığından “Sumqayıt” “Şəfa” ilə tarixindəki ilk matçı alternativ stadionda keçirməlidi.

Bu komandaların duelləri ilə bağlı maraqlı məqamlar
// “Sabah” son 7 oyunda qol vurub. “Turan Tovuz” son 3 qarşılaşmada xal qazanmayıb.
// “Qəbələ” son 27 matçda qələbə qazanmayıb. “Qarabağ” son 13 görüşdə qol vurub.
// “Zirə” son 5 oyunda qol vurub. “Araz-Naxçıvan”ın son 3 ev matçında 2-dən çox qol qeydə alınmayıb.
// “Şamaxı” son 13 qarşılaşmada qələbə qazanmayıb. “Neftçi” son 6 matçda qol vurub.
// “Kəpəz” qol vurmayıb. Qonaq olan komandalar qol buraxmayıb.

1. Sabah 8 6 2 0 18-1 20
2. Neftçi 9 5 3 1 22-9 18
3. Qarabağ 8 5 3 0 14-7 18
4. Turan Tovuz 9 4 3 2 8-6 15
5. Zirə 9 4 3 2 12-12 15
6. Kəpəz 8 4 2 2 9-9 14
7. Şamaxı 9 3 4 2 13-11 13
8. İmişli 9 3 1 5 9-14 10
9. Sumqayıt 8 2 2 4 12-13 8
10. Qəbələ 9 2 1 6 5-16 7
11. Şəfa 9 1 0 8 5-17 3
12. Araz-Naxçıvan 9 0 2 7 7-19 2

Bombardir: Breno Almeyda (Neftçi) – 8.

KƏNAN BAHADIR