A seriyasında mövsümün ilk 7 oyununda 19 xal toplayan “Latsio” tarixinin ən yaxşı startını reallaşdırmışdı. Paytaxt təmsilçisi bu planda göstəricisini bir qədər də yaxşılaşdırdı. Tura şərikli lider kimi başlayan romalılar evdə maksimum nəticəyə nail oldular. İlk birsaatlıq mübarizədə “Parma”nın qapısına iki dəfə yol tapan “Latsio” sonda 2:1 hesablı qələbə ilə 2-ci yerdəki mövqeyini qorudu.
Cennaro Qattuzonun komandası bu mövsüm ilk dəfə turu vahid lider kimi başa vura bilərdi. Ona görə ki, həftəiçi Çempionlar Liqasında (ÇL) “Şaxtyor”la keçirilən matçda meydanda on nəfərlə qalandan sonra qələbə qolunu vuran “İnter” az qala çempionatda büdrəyəcəkdi. Qitə kuboklarında oynamayan “Fiorentina”nın oyunçusu Ximenes uzaqdan zərbə ilə reallaşan baxımlı qolla hesabı açdı. Ancaq İtaliya çempionunun əzmkarlığı qonaqları Milandan əliboş qayıtmağa məcbur etdi.
Son dəqiqələrdə hesabı bərabərləşdirən “qara-göylər” bununla kifayətlənməyib qələbə qolunu da vurdular. Çempionatdakı məğlubiyyətsiz oyunlar seriyası 18-ə (13 qələbə, 5 heç-heçə) çatan Kristian Kivunun komandası topların daha yaxşı fərqinə əsasən 1-ci yerə qayıtdı.
İtaliyanı ÇL-də təmsil edən “Napoli” əvvəlki turda Venetsiyadan əliboş dönmüşdü (0:1). Turnir cədvəlində getdikcə geriləyən cənublular “Roma”dan evdə maksimum xal almaq üçün əllərindən gələni etdilər. Massimiliano Alleqrinin komandası matçın gedişində 2:0 və 3:2 hesablarıyla önə keçdi. Lakin romalıların hücum potensialı qarşısında sonda 3:3-lük “sülh”ə razılaşmalı oldu.
Bu nəticə təbii ki, heç bir tərəfi qane etmədi: “Roma” şərikli liderlərdən 4 xal geri düşdü, “Napoli” isə 10-cu yerə yuvarlandı.
Həftəiçi Avropa Liqasında (AL) “Bornmut”dan üç cavabsız top buraxan “Milan” Udine səfərindən qələbə ilə döndü. Hər hissədə bir qol vuran Ruben Amorimin komandası 4-cü yerdəki mövqeyini qorudu.
ÇL-də “Mançester Yunayted” üzərində tarixi qələbə (4:1) qazanan “Komo” ölkə çempionatındakı ambisiyalarını davam etdirir. Fransesk Fabreqasın komandası “Sassuolo”nu 2:0 hesabıyla məğlub edərək 5-ci yerdə qaldı.
Tura 6-cı yerdə başlayan “Frozinone” çətin Berqamo səfərində xal qazanmağa nail oldu. Yerli “Atalanta” ilə oyun əsl futbol trillerini xatırlatdı. 8 qolun vurulduğu matçda qalib aşkarlanmadı: 4:4 hesablı heç-heçə hər iki komandanın cədvəldəki mövqeyini zəiflətdi.
“Frozinone”nin büdrəməsi “Yuventus”un işinə yaradı. Cümə axşamı AL-in “Renn” ilə oyunundan (2:2) sonrakı yorğun halı, həm də heyətindəki 9 itki ilə Leççeyə yollanan “ağ-qaralar” maksimum nəticəyə nail olmağı bacardılar. Makkenni ilə Duqlas Luis ilk hissədə hərəyə bir qol vurmaqla “Yuventus”un 8-ci yerdən 6-cı pilləyə çıxmasında böyük rol oynadılar.
8-ci tur
Latsio – Parma 2:1
Teylor, 51. Dieqo Karlos, 58-öz qapısına – Lontani, 90+5. (14500)
Latsio: Mandas, Mussolini, Provstqor (Leyte, 46), Şutalo, Tavareş, Belayan, Teylor (Dele-Başiru, 71), Frattezi, Zakkanyi (Pedrasa, 77), İsaksen (Latsari, 77), Noslin.
İnter – Fiorentina 2:1
M.Türam, 90+1. Zyelinski, 90+7-p. - Ximenes, 65. (74642)
İnter: Provedel, Bastoni (Dimarko, 77), Akanci, Bissek, Auqusto, Mxitaryan (Suçiç, 78), Barella (Lavella, 85), Çalhanoğlu (Zyelinski, 78), Diuf, M.Türam, F.Espozito (Bonni, 64).
Napoli – Roma 3:3
Zambo Angissa, 28. Maktominey, 48; 83 – Sule, 70. Balerdi, 74; 89. (54726)
Napoli: Meret, Di Lorentso (Spinatsola, 80), Marin, Badyaşil (Beukema, 52), Olivera, Zambo Angissa, Maktominey, De Bruyne (Lobotka, 79), Politano (Jiovane, 66), Lanq (Verqara, 80), Höylunn.
Roma: Qollini, Ermoso (Balerdi, 58), Ndika, Mançini (Qilardi, 84), Rensx (Molina, 58), De Roon, Kristante, Pizilli (Kastro, 59), Fransa, Malen (Mora, 84), Sule.
Udineze – Milan 0:2
Pulişiç, 6. Hatçinson, 65. (23550)
Milan: Menyan, Pavloviç, De Vinter, Diavara, Tomori (Musa, 73), Modriç, Yaşari, Bertezaqi (Sisse, 85), Hatçinson (Loftus-Çik, 73/Kamarda, 90+1), Pulişiç, Ramuş (Komotto, 90+1).
Komo – Sassuolo 2:0
Duvikas, 49; 60. (11383)
Komo: Butez, Kouto (Smolçiç, 46), Kambvala (Milya, 46), Kempf, Kaiki, Perrone, Riççi (Adday, 46), Da Kunya (Lahdo, 89), Kakre, Baturina (Ramon, 46), Duvikas.
Leççe – Yuventus 0:2
Makkenni, 29. Duqlas Luis, 41. (27130)
Yuventus: Vikario, Lukumi, Bremer, Qatti, Kambyazo (Kabal, 68), Kalulu, Duqlas Luis (Sarr, 83), Koopmeyners, Makkenni (Alaybeqoviç, 90), Voltemade, Kolo Muani (Boqa, 68).
Atalanta – Frozinone 4:4
Krstoviç, 14; 45. Ederson, 33-p. Elmas, 50 – Şmid, 1; 17. Kalo, 48. Terziç, 82. (21400)
Atalanta: Karnesekki, Bellanova (Bernaskoni, 29), Obriç, Kristensen, Zappakosta, Ederson, Qaetano (Zalevski, 62), Elmas, Rou (Paşaliç, 62), De Ketelare (Samarciç, 77), Krstoviç (Skamakka, 77).
Torino – Montsa 3:2
Fits-Cim, 32. Belqali, 61. Vlaşiç, 72 – Varela, 47. Patterson, 90+2-öz qapısına. (19096)
Kalyari – Bolonya 0:2
Kazale, 57. Bernardeski, 80-p. (16161)
Cenoa – Venetsiya 1:0
Ellertsson, 25. (28979)
1. İnter 8 7 1 0 23-10 22
2. Latsio 8 7 1 0 16-5 22
3. Roma 8 5 3 0 19-6 18
4. Milan 8 5 3 0 16-7 18
5. Komo 8 5 2 1 14-7 17
6. Yuventus 8 4 2 2 11-8 14
7. Frozinone 8 4 2 2 17-13 14
8. Torino 8 4 1 3 13-11 13
9. Kalyari 8 4 1 3 6-9 13
10. Napoli 8 3 2 3 13-10 11
11. Atalanta 8 3 1 4 14-15 10
12. Leççe 8 3 0 5 9-14 9
13. Bolonya 8 2 2 4 8-10 8
14. Sassuolo 8 2 2 4 12-16 8
15. Montsa 8 2 1 5 15-18 7
16. Cenoa 8 2 1 5 6-13 7
17. Udineze 8 1 1 6 9-18 4
18. Fiorentina 8 1 1 6 9-19 4
17. Parma 8 1 1 6 5-15 4
20. Venetsiya 8 1 0 7 6-17 3
Bombardirlər: Raymondo (Frozinone) - 7, Malen (Roma) - 6.
Turun rəqəmi
41 - “Milan”ın yarımmüdafiəçisi Modriç A seriyasında məhsuldar ötürmələrin sayına görə Zlatan İbrahimoviçi geridə qoydu. 41 yaşlı xorvatiyalı futbolçu “Udineze” ilə oyunda Pulişiçin qoluna assistentlik etdi. Bu, Lukanın 40 yaşını tamamladıqdan sonra İtaliya çempionatında etdiyi 4-cü məhsuldar ötürmədi. A Seriyasında 20 komandalı formatın bərpa edildiyi 2004/05 mövsümündən bəri 40 yaşdan yuxarı futbolçular arasında bu göstəriciyə çatan olmayıb. Əvvəlki rekord Zlatan İbrahimoviçə məxsus idi. Sabiq isveçli hücumçu 40 yaşından sonra A seriyasında 3 assistin müəllifi olmuşdu.
Turun ulduzu
Markus Türam (İnter) - fransalı futbolçu komandasının cari mövsümdə ilk məğlubiyyətdən xilasında böyük rol oynadı. Aparıcı hücumçu Lautaro Martinesin yoxluğunda məsuliyyəti üzərinə götürən Türam əsas vaxta əlavə olunan dəqiqələrdə əvvəlcə cavab qolunu vurdu, sonra isə “İnter”ə “Fiorentina” üzərində qələbə gətirən penalti qazandı.
Turun sitatı
Massimiliano Alleqri, “Napoli”nin baş məşqçisi:
“Komandamın həddən artıq top buraxması taktiki prinsiplərimə uyğun deyil? Artıq oyun üslubumu dəyişmişəm: biz var gücümüzlə hücum edirik. Mən hətta mövsümün əvvəlindən imkan yaranan kimi meydana 4 hücumçu buraxmağa çalışıram. Təəssüf ki, artıq mövsümün birinci mərhələsində qapımızdan çox qol buraxmışıq. Mən hələ də matçın nəticəsinə görə çox hirsliyəm. Bu səbəbdən, belə məqamda oyunu obyektiv dəyərləndirmək mənim üçün çətindi. Üzr istəyirəm, amma hətta 25 il məşqçilik edəndən sonra belə səhv edə bilərəm”.





