Bakıda keçirilən U-15 DÇ-nin qalibi bəlli oldu

30.10.2026 18:50 99
Ölkə futbolu
Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalına bu gün yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, A liqasının həlledici final oyununda İspaniya və Çexiya komandaları qarşılaşıb.

Bakı Kristal Zalında keçirilən həlledici oyun İspaniyanın qələbəsi ilə başa çatıb - 3:0.

Beləliklə, ilk dəfə Azərbaycanda keçirilən U-15 dünya çempionatının qalibi adını İspaniya qazanıb.

189 ölkənin yarışdığı çempionatda Azərbaycan millisi isə 84-cü yeri tutub.