“Florida” oyunçularının çempionluq üzüyü ilə təltif olunması mərasimini “Milton” qasırğası üzündən təxirə salıb.
Bu haqda xəbəri MHL-in rəsmi saytı yayıb. Bu mərasimə bilet alan azarkeşlər pulunu tam həcmdə geri ala biləcək. Bir neçə gün əvvəl “Tampa-Bey” ilə “Neşvill” arasındakı yoxlama oyunu da eyni səbəbdən təxirə salınıb.
Xatırladaq ki, “Florida” bu il final seriyasında “Edmonton”u 4:3 hesabıyla məğlub etməklə Stenli kubokunu qazanıb.