Stenli kubokunu hansı komanda qazanacaq?

30.07.2022 11:25 438
İdman
Nüfuzlu “The Athletic” nəşri MHL-in 2022/23 mövsümü ilə bağlı proqnoz açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, nəşrin hokkey bölməsinin əməkdaşları komandaların Stenli kubokunu qazanmaq şansını dəyərləndirib. “Kolorado” (38,6 faiz) və “Karolina” (31,8 faiz) kuboku qazanmağa ən şanslı namizədlər sayılır. Başqalarının şansı bu iki komanda ilə müqayisədə daha aşağı dəyərləndirilir. “The Athletic”in siyahısında 3-cü yeru “Florida” (6,8 faiz) tutur, 4-cü yeri isə “Edmonton”, “Reyncers”, “Sent-Luis” və “Tampa-Bey” (hərəyə 4,5 faiz) bölüşür. Reytinqdə sonrakı pillələrdə “Pittsburq” ilə “Toronto” (hərəyə 2,3 faiz) qərarlaşıb.
Xatırladaq ki, kubokun son qalibi “Kolorado”du. “Eveleanş” final seriyasında “Tampa-Bey”i 4:2 hesabıyla məğlub edib. Buna qədər “Tampa-Bey” ardıcıl iki dəfə titulu qazanmışdı.
“The Athletic” həmçinin MHL komandalarının baş məşqçilərinin yeni mövsümün gedişində postunu tərk etmək ehtimalını da araşdırıb. Bu nəşrin fikrincə, “Nyu-Cersi”nin baş məşqçisi Lindi Raffın istefafı daga real görünür (31,8 faiz). Siyahıda 2-ci yerdə Deyv Hekstol (“Sietl”, 18,2 faiz), 3-cü yerdə isə Şeldon Kif (“Toronto”, 13,6 faiz) qərarlaşıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul