• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Heç bir sürpriz olmadı - ŞƏRH

Dünya futbolu

10-10-2024, 05:0

İspaniya futbolunun əsas nəhəngləri yığma fasiləsi ərəfəsində xal itirmədi.

“Real” özü üçün münasib rəqib sayılmayan “Vilyarreal”ı iki cavabsız qolla məğlub etdi. “Barselona” basklar ölkəsində Levandovskinin het-triki sayəsində qalib gəldi. “Atletiko” isə San-Sebastyanda qələbəni əldən verdi.

“Osasuna” ilə oyundakı gözlənilməz büdrəmədən sonra “Barselona” qələbə yoluna qayıtdı. “Alaves” kataloniyalılar üçün münasib rəqibdi, qonaqlar bu dəfə artıq ilk yarının ortalarında qələbəni təmin etdi. Debütdə hakim Rafinyanın vurduğu qolu saymasa da, bundan dərhal sonra Levandovski qaydalar çərçivəsində fərqləndi. Ancaq polşalı hücumçu bir qolla kifayətlənmədi, cəmi 25 dəqiqə ərzində het-trik etdi. Bununla da oyunun taleyi həll olundu. Düzdü, meydan sahibləri əlini yanına salmadı. Yaxınlarda “Real”la oyunda az qala 0:3-dən sonra hesabı bərabərləşdirən “Alaves” yenə xarakter göstərdi – ilk yarının sonunda qonaqlar müdafiədə çətinlik çəkdi.

Martines hətta “Barsa”nın qapısına yol da tapdı, ancaq onun vurduğu qol ofsayd üzündən sayılmadı. 2-ci hissənin əvvəlində isə qapı çatı qonaqların köməyinə çatdı. “Barselona” fasilədən sonra praqmatik üslubda oynadı, hərçənd bir neçə perspektivli hücum da qurdu, sonradan meydana çıxan Fati az qala fərqlənəcəkdi. Yetərincə baxımlı hücumlar quran meydan sahibləri tez-tez ofsayda düşürdü. Məhz bu üzdən Mourinyonun sonda vurduğu qol da sayılmadı. “Barsa” bu qələbə sayəsində yenə “Real”la 3 xal fərqini qorudu və yığma fasiləsinə yaxşı əhval-ruhiyyədə yollandı. Ardıcıl 3-cü oyunda uduzan “Alaves” isə 14-cü pilləyə yuvarlandı.

“Real” mövsümə yaxşı başlayan “Vilyarreal” üzərində inamlı qələbə qazandı. Meydan sahibləri oyunun əvvəlində ev tapşırığından yararlandı: Modriç künc zərbəsini yerinə yetirdi, Bellingem bilərəkdən topu buraxdı və Valverde dəqiq zərbə ilə topu qapıya göndərdi. Valensiyalılar dərhal “status-kvo”nu bərpa edə bilərdi. Pepenin baş zərbəsindən sonra tir Luninin köməyinə çatdı, Barrinin zərbəsində isə dəqiqlik çatmadı. Fasilə ərəfəsində Vinisius Mbappenin fərqlənməsi üçün hər şey etdi, ancaq fransalı ulduz təkbətəkdən yararlana bilmədi.

Fasilədən sonra “sarılar” üçlü əvəzləməyə qədər, demək olar ki, Luninin qapısı önündə görünmədi. Amma Vinisius 73-cü dəqiqədə dəqiq zərbə ilə intriqanı öldürdü. İki oyunçunun zədələnməsi Ançelottinin əhvalını korladı. Vinisiusun zədəsi o qədər ciddi deyil, ancaq Karvaxal 8-10 aylığa sıradan çıxdı.

Tura San-Sebastyanda yekun vuruldu. “Atletiko” “Real Sosyedad”la oyuna Çempionlar Liqasındakı Lissabon fiaskosunu unutdurmaq üçün çıxmışdı. “Benfika”dan 4 qol buraxan “hindular” bu dəfə etibarlı oynadı. Üstəlik hələ ilk dəqiqədə hesabı açdılar. Qrizmann rəqibin cərimə meydançasında Alvaresə dabanla ötürmə verdi, o isə topu uzaq küncə göndərdi. Basklar tezliklə özünə gəldi. Oblak Subimendi ilə Aqerdin təhlükəli zərbələrini qaytarmalı oldu. Düzdü, hissənin sonuna qədər “Real Sosyedad” daha belə qol vəziyyətləri yarada bilmədi. Fasilədən sonra da oyunun axarı dəyişmədi. “Atletiko” əsasən müdafiə olunur, imkan tapan kimi əks-hücuma çıxırdı. Saatın tamamında Molina fərqi artırmağa çox yaxın oldu. Meydan sahibləri sona 6 dəqiqə qalmış məğlubiyyətdən qurtuldu. Suçiç uzaqdan möhtəşəm zərbə ilə hesabı bərabərləşdirdi. Bu qol baskları ruhlandırdı, Kubo komandasına qələbə qazandıra bilərdi. “Atletiko” cari mövsümdə 5-ci dəfə heç-heçə etdi. Simeonenin komandası “Vilyarreal”a çatsa da, “Barselona”dan artıq 7 xal geri qalır.

“Jirona” – “Atletik” oyununda inanılmaz hadisə yaşandı. Meydan sahiblərinin qapıçısı Qassaniqa üç penalti dəf etdi, düzdü, protokola bunların ikisi yazıldı. 28-ci dəqiqədə qonaqlar penalti qazandı. “Nöqtə”yə yaxınlaşan Berengerin zərbəsinin qarşısını Qassaniqa aldı. 11 dəqiqə sonra Asprilya “Jirona”nı irəli çıxarsa da, Sanset hissənin sonunda hesabı bərabərləşdirdi. 2-ci hissə də maraqlı başladı. 56-cı dəqiqədə “Atletiko” daha bir penalti qazandı, bu dəfə “nöqtə”yə İnyaki Uilyams yaxınlaşdı. Qassaniqa zərbəni dəf etsə də, hakim onun qaydalar çərçivəsində hərəkət etmədiyini bildirib zərbəni təkrarlatdı. İnyakinin uğursuzluğa düçar olduğunu görən Errera penaltini vurdu və argentinalı yenə xilaskar rolunu oynadı. Və taleyin ironiyasına baxın, uzatma dəqiqələrində - hesab 1:1 olarkən “Jirona” penalti qazandı. Zərbəni qola çevirən Stuani komandasına qələbə bəxş etdi. “Atletik” 21-ci əsrdə ilk dəfə çempionat oyununda iki penaltini boşa verdi. Yeri gəlmişkən, La Liqada sonuncu dəfə belə uğursuzluğu “Real” yaşayıb. 2022-ci ildə “Osasuna”nın qonağı olan madridlilərin heyətində Benzema iki penaltini boşa verib. Düzdü, qonaqlar həmin oyunda qələbə qazanıb (3:1).

Turda yeganə qolsuz heç-heçə “Leqanes” – “Valensiya” oyununda qeydə alındı. Komandaların birlikdə “çərçivə”yə cəmi bir zərbə (o da “yarasalar”ın hesabındadı) vurduğunu nəzərə alsaq, belə nəticə qanunauyğundu. Qalan oyunlara gəlincə, “Espanyol” evdə “Malyorka”ya qalib gəldi, “Las Palmas” “Selta” ilə oyunda da qələbə hesabını aça bilmədi. Sevilya derbisində qalib gələn eyniadlı komanda xal hesabında “Betis”ə çatdı. “Xetafe” – “Osasuna” oyununda komandalar hərəyə bir qol vurdu, “Rayo Valyekano” səfərdə “Valyadolid”i məğlub etdi.

9-cu tur
Alaves – Barselona 0:3

Levandovski, 7; 22; 32. (19468)
Barselona: Penya, Balde (De Yonq, 81), Martines (Martin, 81), Kubarsi, Fort (Kunde, 67), Pedri, Kasado, Torres (E.Qarsiya, 6), Rafinya, Yamal (Fati, 67), Levandovski.

Real – Vilyarreal 2:0
Valverde, 14. Vinisius, 73. (73842)
Real: Lunin, Mendi, Rüdiger, Çuameni, Karvaxal, Bellingem, Valverde, Kamavinqa (Militao, 71), Modriç (Vaskes, 90+2), Vinisius (Gülər, 79), Mbappe (Rodriqo, 71).

Real Sosyedad Atletiko 1:1
Suçiç, 84 Alvares, 1. (31983)
Atletiko: Oblak, Lanqle, Ximenes, Vitsel, Qalan (Mandava, 83), Qallaher (De Paul, 64), Koke, Barrios, Molina, Qrizmann (Rikelme, 83), Alvares (Sörlot, 74).

Leqanes Valensiya 0:0
(10958)

Espanyol Malyorka 2:1
Kumbula, 18. Karreras, 47 Railyo, 68. (24434)

Xetafe Osasuna 1:1
Yıldırım, 21 – Budimir, 60. (10670)

Las Palmas – Selta 0:1
İqlesias, 28. (21482)

Valyadolid – Rayo Valyekano 1:2
Amallah, 51 – De Frutos, 57; 80. (21112)

Jirona – Atletik 2:1
Asprilya, 39. Stuani, 90+9 – Sanset, 41. (13396)

Sevilya – Betis 1:0
Lukebakio, 50. (42571)

1. Barselona 9 8 0 1 28-9 24
2. Real 9 6 3 0 19-6 21
3. Atletiko 9 4 5 0 13-5 17
4. Vilyarreal 9 5 2 2 17-17 17
5. Osasuna 9 4 3 2 13-14 15
6. Atletik 9 4 2 3 13-10 14
7. Malyorka 9 4 2 3 9-8 14
8. Rayo Valyekano 9 3 4 2 11-9 13
9. Selta 9 4 1 4 16-15 13
10. Betis 9 3 3 3 8-8 12
11. Jirona 9 3 3 3 11-12 12
12. Sevilya 9 3 3 3 9-10 12
13. Espanyol 9 3 1 5 9-13 10
14. Alaves 9 3 1 5 11-15 10
15. Real Sosyedad 9 2 3 4 7-8 9
15. Xetafe 9 1 5 3 6-7 8
17. Leqanes 9 1 5 3 5-9 8
18. Valensiya 9 1 3 5 5-13 6
19. Valyadolid 9 1 2 6 5-19 5
20. Las Palmas 9 0 3 6 9-17 3


Bombardirlər: Levandovski (Barselona) – 10, A.Peres (Vilyarreal) – 6, Rafinya (Barselona), Mbappe (Real), Lo Çelso (Betis) – 5.

Növbəti turun oyunları 18-21-i aralığında keçiriləcək: Alaves – Valyadolid, Atletik – Espanyol, Osasuna – Betis, Jirona – Real Sosyedad, Selta – Real, Malyorka – Rayo Valyekano, Atletiko – Leqanes, Vilyarreal – Xetafe, Barselona – Sevilya, Valensiya – Las Palmas.

Turun rəqəmi
1000 – “Malyorka”nı məğlub edən “Espanyol” La Liqada qələbə sayını bu həddə çatdırdı. Barselona təmsilçisi İspaniya çempionatında 1000 qələbə həddinə çatan 7-ci klubdu. “Espanyol”a qədər “Sevilya” (1110), “Valensiya” (1284), “Atletik” (1402), “Atletiko” (1402), “Barselona” (1766) və “Real” (1826) da 1000 qələbə qazanıb.

Turun ulduzu
Paulo Qassaniqa (Jirona) – argentinalı qapıçı “Atletik”lə oyunda üç (!) penalti dəf etdi, özü də fərqli oyunçuların vurduğu. Levandovski də “turun ulduzu” olmağa namizəd idi. Sadəcə, polşalı ulduz autsayderlə oyunda het-trik etdi.

Turun sitatı
Robert Levandovski, “Barselona”nın hücumçusu:

“Yaxşı ötürmələr alıram, bu üzdən mənim üçün qol vurmaq asandı. İlk yarıda üç ql vurursansa, ikincidə iş asanlaşır. Yaxşı komandamız var. Oyuna qədər planlaşdırdıqlarımızın hamısını meydanda etdik”.


Reaksiyalar
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Fasiləyə üç top öndə yollandıq. Komandanın işini yüksək qiymətləndirirəm. “Alaves” yaxşı pressinq edirdi. Levandovski? Fantastik işlər görür. Ona və komandaya görə sevinirəm”.

Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Karvaxal ciddi zədə aldı. Həkimin dediyinə görə, dizini zədələyib. Məhz nəyin baş verdiyini bilmirik. Paltardəyişmə otağında narahatlıq və kədər hökm sürür. Təqvim üzündən belə hadisələr baş verir. Təəssüf ki, çox vacib oyunçularımızdan biri sıradan çıxdı”.

Faktlar
* “Selta” “Las Palmas”la oyunun 56-cı dəqiqəsində 9 nəfərlə qalsa da, qələbə hesabını qorudu. İspaniya elitasında 1973-cü ildən bəri belə hadisəyə rast gəlinməmişdi.
* Levandovski 30 yaşını tamamlayandan sonra top-liqalarda 184 qol vurub. Polşalı hücumçu bu göstəricidə yalnız Kriştiano Ronaldo ilə İbrahimoviçdən geri qalır.
* “Barselona” son 7 ildə ilk və tarixində 6-cı dəfə 9 turdan sonra ən azı 24 xal toplayıb. Komanda sonuncu dəfə belə nəticə göstərəndə çempion olub.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

29-09-2023, 23:0

“Malyorka” “Barsa”nın zəfər yürüşünü dayandırdı – TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2023, 14:0

Liderlər darmadağın etdi, “Atletiko”nun seriyası uzandı – 27-ci turun şərhi

Dünya futbolu

5-02-2024, 21:0

Nəhənglərdən heç biri büdrəmədi, “Real” zirvəyə qayıtdı

Dünya futbolu

21-08-2024, 16:0

“Real” startda xal itirdi, Levandovski “Barsa”nın üzünü güldürdü - İCMAL

Dünya futbolu

8-11-2023, 16:0

Madrid nəhəngləri büdrədi, “Jirona” yenə zirvəni ələ keçirdi - TURUN ŞƏRHİ

Aktual
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Son xəbərlər
  • Bu gün, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Bu gün, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
  • Bu gün, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Bu gün, 16:40
    Samokun yeni klubu bilindi
  • Bu gün, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
  • Bu gün, 15:30
    Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
  • Bu gün, 14:33
    Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
  • Bu gün, 14:02
    “Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
  • Bu gün, 13:31
    "Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner ərizədə yoxdu
  • Bu gün, 13:00
    500-cü oyun, 550-ci qol
  • Bu gün, 12:29
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Bu gün, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Bu gün, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
  • Bu gün, 10:31
    Azərbaycan UEFA reytinqində neçəncidi?
  • Bu gün, 10:00
    ''Beşiktaş'' qapıçı problemini həll etdi - Almaniyalı əlcək sahibi İstanbula gələcək
  • Bu gün, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • Dünən, 23:50
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • Dünən, 23:10
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • Dünən, 22:45
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • Dünən, 22:17
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • Dünən, 21:50
    "Zirə" "Torpedo"nu darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:22
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:46
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • Dünən, 20:03
    Camal Cəfərov Qırğızıstan klubunda
  • Dünən, 19:55
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • Dünən, 19:34
    "İmişli"də yeni təyinat
  • Dünən, 19:12
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
  • Dünən, 18:42
    ''Beşiktaş'' Türkiyə yığmasının yarımmüdafiəçisini transfer etdi
  • Dünən, 18:11
    "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 17:59
    Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
  • Dünən, 17:31
    "Kəpəz" Ehtiramla yolları ayırdı
  • Dünən, 17:12
    ''Qalatasaray''dan İtaliyaya dönən futbolçunun gələcəyi qeyri-müəyyəndi
  • Dünən, 16:35
    "Qarabağ" - "Vestri" oyununa görə metroda iş rejimi dəyişəcək
  • Dünən, 16:15
    Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
Daha çox
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 161
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 135
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə