• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Malyorka” “Barsa”nın zəfər yürüşünü dayandırdı – TURUN ŞƏRHİ

Dünya futbolu

29-09-2023, 23:0

Çərşənbə axşamı La Liqada 7-ci turun ilk iki oyunu keçirildi.

"Football-plus.az" xəbər verir ki, “Malyorka” “doğma divarlar” arasında qarşılaşdığı “Barselona”nın ardıcıl 6-cı qələbəni qazanmasına imkan vermədi. Xavi “Selta” ilə ağır oyundan sonra sahə oyunçularından beşini dəyişmişdi. Onun komandası “Malyorka” ilə oyuna yaxşı başlasa da, tezliklə təşəbbüsü əldən verdi. Ter Ştegen, Romeu və Martines arasındakı anlaşmazlıq Muriqinin erkən qoluna yol açdı. Üstəlik “qırmızı-qaralar” daha bir neçə təhlükəli hücum qurdu. İlk yarının sonuna yaxın rəqibi meydanın özünə aid hissəsinə sıxışdıran qonaqlar bərabərlik qolunu vurmağı bacardı. Rafinya cərimə meydançası xaricindən zərbə ilə Raykoviçi təslim olmağa məcbur etdi. Amma bu da hissənin son qolu olmadı. Uzatma dəqiqələrində Raykoviç – Muriqi – Prats kombinasiyası “Malyorka”nı oyunda 2-ci dəfə önə çıxardı. Fasilədən sonra da Xavyer Agirrenin komandası ünlü rəqibə layiqincə müqavimət göstərirdi. Feliş meydanı tərk etmək ərəfəsində topu dirəyə vurdu. Qonaqlara 1 xalı sonradan meydana çıxan Yamalın fəallığı qazandırdı. Məhz onun başladığı hücumu Lopes qolla bitirdi. 2:2 hesabı sona qədər dəyişmədi.

“Sevilya”nın baş məşqçisi Xose Luis Mendilibar “Almeriya” ilə oyun ərəfəsində inanılmaz təzyiq altında idi. Buna qədər yalnız bir qələbəsi olan və autsayderlər sırasında qərarlaşan komanda Əndəlüs derbisinə hədsiz aqressiv başladı. İlk 10 dəqiqədən sonra hesab artıq 2:0 idi. Əvvəlcə Badenin tirdən dönən zərbəsinə özünü çatdıran Ən-Nəsiri hesabı açdı. Bir dəqiqə sonra isə yayda alınan Lukebakio cərimə meydançasına daxil olaraq qapıçıya heç bir şans vermədi. “Sevilya” hissənin sonuna qədər 3-cü qolu da vurdu. Susonun uzaq küncə zərbəsi qarşısıalınmaz idi. Faktiki ilk yarıda oyunun taleyi həll olundu. Lamela 51-ci dəqiqədə fərqi darmadağın həddinə çatdırandan sonra meydan sahibləri bir qədər sakitləşdi. Bundan yararlanan “Almeriya” 71-ci dəqiqədə penalti qolu ilə fərqi azaltdı. Təbii ki, hansısa geridönüşdən söhbət gedə bilməzdi. 2-ci uzatma dəqiqəsində Salas qonaqları bir daha mərkəzə dəvət etdi. Mövsüm başlayandan bəri yalnız iki oyunda heç-heçə etməyi bacaran “Almeriya” bu gedişlə çətin ki elitada yerini qoruya.

7-ci tur
Sevilya – Almeriya 5:1
Ən-Nəsiri, 7. Lukebakio, 8. Suso, 38. Lamela, 51. Salas, 90+2 – Suares, 71-p.
Sevilya: Nülann, Pedrosa (Salas, 85), Qudel, Bade, Navas (Xuanlu, 75), Sou (Yanuzay, 65), Fernando, Lukebakio (Sumare, 65), Lamela, Suso, Ən-Nəsiri (Mir, 85).
Malyorka – Barselona 2:2
Muriqi, 8. Prats, 45+3 – Rafinya, 41. Lopes, 75.
Barselona: Ter Ştegen, Balde, Martines (Kunde, 78), Arauxo, Kanselo, Gündoğan, Romeu (Lopes, 65), Qavi, Feliş (Yamal, 65), Rafinya, Torres (Levandovski, 58).
Atletik – Xetafe 2:2
Berçiçe, 6. İ.Uilyams, 62 – Alvares, 51. Latasa, 83.
Vilyarreal – Jirona 1:2
Parexo, 49-p. – Dovbik, 56. E.Qarsiya, 61.
Real – Las-Palmas 2:0
Dias, 45+2. Xoselu, 54.
Valensiya – Real Sosyedad 0:1
Fernandes, 32.
Kadis – Rayo Valyekano 0:0
Xal durumu: Jirona – 19, Real – 18, Barselona - 17, Atletik – 14, Real Sosyedad – 12, Rayo Valyekano – 11, Atletiko, Valensiya - 10, Kadis - 9, Xetafe, Betis – 8, Sevilya, Osasuna, Vilyarreal – 7, Malyorka, Alaves – 6, Las-Palmas – 5, Selta – 4, Qranada – 3, Almeriya – 2.
Bombardirlər: Bellingem (Real), Levandovski (Barselona), Morata (Atletiko) – 5.

Faktlar
* “Barselona” 2010-cu ildən bəri ilk dəfə “Malyorka” ilə oyunda xal itirdi. Balearlılar sonuncu dəfə həmin il oktyabrın 3-də kataloniyalılarla oyunda xal qazanmışdı – 1:1. Həmin vaxtdan bəri keçirilən 11 oyunun hamısında “Barsa” meydandan qalib ayrılmışdı.
* “Barselona” mövsümün əvvəlindən bəri artıq 8 qol buraxıb. Komanda yeni mövsümdə meydana çıxdığı oyunların üçündə qapısına toxunulmaz saxlayıb. Müqayisə üçün deyək ki, kataloniyalılar ötən mövsüm bu qədər qolu 25-ci turdan sonra buraxmışdı.

Oyundan sonra
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Problem ondadı ki, rəqib kobud səhvimizdən sonra hesabda irəli çıxdı. Ən yaxşı oyunumuzu göstərməyə başlayanda isə müdafiə daha bir səhvə yol verdi. Belə səhvlər olmamalıdı. Aşkar qol vəziyyətləri yaratsaq da, iki kobud səhvdən sonra qollar buraxmağımız işləri korladı. Heç-heçə bizim üçün sərfəli nəticə deyil. Düşünürəm ki, hesabı bərabərləşdirəndən sonra oyuna nəzarəti ələ aldıq. Bir-iki təhlükəli vəziyyət də yaratdıq. Ümumilikdə hələ ilk yarıda qələbəni təmin etmək dərəcəsində çoxlu qol imkanımız var idi. Səhvlər üzündən qalib gələ bilmədik. Müdafiədə oyunu yaxşılaşdırmalıyıq. Ötən il müdafiəmiz çox möhkəm idi. Bu gün o qədər pis oynamasaq da, bizə 2 xal itirmək bahasına başa gələn səhvlərə yol verməməliydik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

31-12-2022, 20:0

Kosovoda ilin ən yaxşı futbolçusu bəlli oldu

Dünya futbolu

20-09-2023, 23:0

“Real” seriyanı davam etdirdi, “Barsa”nın Pelleqriniyə yazığı gəlmədi – TURUN ŞƏRHİ

Dünya futbolu

23-08-2023, 19:0

“Real” zirvədədi, “Barsa” sonda ayıldı – TURUN ŞƏRHİ

Dünya futbolu

24-05-2023, 20:0

“Real” yenə 2-ci yeri əldən verdi - TURUN ŞƏRHİ

Dünya futbolu

14-03-2023, 19:0

“Barselona” rekordlarla çempionluğa doğru gedir - REPORTAJ

Aktual
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Son xəbərlər
  • Bu gün, 17:32
    Fransada klubunu dəyişəcək
  • Bu gün, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Bu gün, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Bu gün, 15:27
    Doğma klubuna qayıtdı
  • Bu gün, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Bu gün, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Bu gün, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Bu gün, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Bu gün, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Bu gün, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Bu gün, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Bu gün, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
Daha çox
Oxunub: 267
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 200
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 102
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 99
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə