• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nəhənglərdən heç biri büdrəmədi, “Real” zirvəyə qayıtdı

Dünya futbolu

5-02-2024, 21:0

Ötən turda “Vilyarreal”la dramatik oyun Xavini çılğınlaşdırdı – “Barselona”nın baş məşqçisi final fitinin ardından yayda klubu tərk edəcəyini bildirdi.

"Football-plus.az" xəbər verir ki, hətta “Barsa” Çempionlar Liqasını qazansa da belə... Ən azı buna görə “göy-narıncılar”ın ortabab “Osasuna” ilə oyunda necə təsir bağışlayacağı maraq doğururdu. “Barselona”dan yalnız qələbə gözləyirdilər. Təşəbbüsü ələ alan kataloniyalılar ilk yarıda Fernandesin qapısı önündə bir neçə təhlükəli vəziyyət yaratsalar da, bunlar əsasən “standartlar”dan sonra olurdu. Meydan sahiblərinin baş məşqçi üçün döyüşdüyü görünürdü: Kanselo epizodların birində üzünün qanını sildi, yəni portuqaliyalı belə inadla müdafiə olunurdu. Ancaq bütün bu canfəşanlıq fasiləyə qədər qol vurmaq üçün kifayət etmədi. “Barsa”ınn böyük üstünlüyü yalnız fasilədən sonra hesabda əksini tapdı. Aydın məsələdi ki, final fiti yaxınlaşdıqca, adətən, müdafiə olunan komandanın gücü tükənir. Nadir hallarda hücumu düşünən “Osasuna” ilk yarıda “çərçivə”yə bir zərbə də vurmadı, oyun vaxtının 30 faizində topa nəzarət etdi. Və “Barsa” istədiyi qolu vurdu! Sonradan meydana çıxan Roke baş zərbəsiylə Kataloniyada qol hesabını açdı. Cəmi 4 dəqiqə sonra Unay Qarsiya “Osasuna”nı azlıqla qoydu. Ancaq pamplonalılar əlini yanına salmadı və bir neçə düşünülmüş hücum qurdu. Belə hücumların birində Raul Qarsiyanın uzaq küncə vurduğu zərbə dirəyə tuş gəldi. Sonluq “Barsa” azarkeşləri üçün həyəcanlı keçsə də, Xavinin komandası vacib qələbəni qorumağı bacardı.

“Atletiko” – “Rayo Valyekano” oyunu ilə bağlı da özünəməxsus intriqa var idi. Birincisi, “arılar”ın avqusta bu rəqibdən aldığı 0:7 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacağı şübhə doğurmurdu. İkincisi, “Atletiko”nun heç də optimal olmayan heyətlə necə təsir bağışlayacağı maraqlı idi. Axı Dieqo Simeone tam məntiqli şəkildə “Real”la bazar günü keçiriləcək oyunu nəzərə alaraq rotasiyaya əl atmışdı.

“Metropolitano”dakı duelin ilk yarısı təxminən bərabər səviyyədə keçdi. “Rayo Valyekano” topa nəzarət baxımından azacıq üstün olsa da, meydan sahibləri daha kəskin hücumlar qururdu. Hesab ilk yarının ortalarında açıla bilərdi, sadəcə, Korreanın qolu ofsayd üzündən sayılmadı. Amma fasilə ərəfəsində Rikelmenin cərimə zərbəsindən ötürməsindən yararlanan Mandava “hindular”ı irəli çıxardı. Fasiləyə üstün yollanmaq mümkün olmadı. 42-ci dəqiqədə sol cinahdan sürətli hücum quran qonaqlar Oblakın qoruduğu qapıya yol tapdı.

2-ci hissənin əvvəli də bərabər mübarizə şəraitində keçdi. Ancaq tədricən meydan sahiblərinin üstünlüyü daha aydın nəzərə çarpamağa başladı. Bunda əvəzetmələrin də rolu oldu. Sonda “Atletiko”nun oyunçularının ustalıq səviyyəsi özünü göstərdi. Depayın 81-ci dəqiqədəki qolu ofsayd üzündən sayılmasa da, niderlandlı forvard 10 dəqiqə sonra qaydalar çərçivəsində fərqləndi. “Atletiko” ardıcıl 5-ci qələbəsini qazanmaqla “Barsa”nı 3-cü pillədən sıxışdırdı.

Superkuboka görə təxirə salınan oyunlardan sonuncusu cümə axşamı keçirildi. “Xetafe” ilə səfər oyununa çıxan “Real” “Jirona”ya çatmaq üçün xala ehtiyac duyurdu. Madrid klubunun heyəti ciddi rotasiyaya məruz qalmışdı. Və Karlo Ançelotti heyətlə bağlı yanılmadı. Qonaqlar ilk yarıda “Xetafe”yə təhlükəli vəziyyət yaratmağa imkan vermədi. Meydan sahibləri heç qapıya zərbə də vura bilmədilər. Əvəzində “Real”ın veteranı Xoselu oyunun əvvəlində Vaskesin asmasından sonra hesabı açdı. Xose Bordalasın fasilədə üç oyunçunu dəyişməsi də işə yaramadı. Oyun canlanandan az sonra Xoselu daha bir qol vurdu. Bu qələbə “Real”ı turnir cədvəlinin zirvəsinə qaytardı.

20-ci turdan təxirə salınan oyunlar
Xetafe – Real 0:2
Xoselu, 14; 56. (15264)
Real: Lunin, Mendi, Naço, Rüdiger (Kamavinqa, 46), Vaskes, Modriç, Çuameni, Valverde, Bellingem (Karvaxal, 88), Vinisius (Rodriqo, 75), Xoselu (Dias, 88).
Barselona – Osasuna 1:0
Roke, 63. (37888)
Barselona: Penya, Kanselo, Kubarsi, Kunde, Arauxo, Gündoğan, De Yonq, Pedri (Romeu, 77), Levandovski, Yamal, Torres (Lopes, 7/Roke, 62).
Atletiko – Rayo Valyekano 2:1
Mandava, 35. Depay, 90+1 – Qarsiya, 42. (47003)
Atletiko: Oblak, Mandava, Ermoso, Vitsel, Rikelme (Lino, 58), Lyorente (De Paul, 58), Barrios, Saul (Koke, 70), Vermeren (Molina, 46), Korrea (Qrizmann, 58), Depay.
1. Real – 57, 2. Jirona – 55, 3-4. Atletiko, Barselona – 47... 10. Xetafe – 29, 11-12. Alaves, Osasuna – 26, 13. Rayo Valyekano – 24...
Bombardirlər: Dovbik (Jirona), Mayoral (Xetafe), Bellingem (Real) – 14.

Reaksiya
Karlo Ançelotti, “Real”ın baş məşqçisi (sonda rəqibin cərimə meydançasında Brahim Diasın kobudluğa məruz qalması haqda): “Oyunun sonundakı fol? Bu haqda danışmaq istəmirəm, sadəcə, hakim mənə sarı vərəqə göstərdi. Mənə hakimə dedim ki, Diasın epizodunda penalti təyin olunmalıydı. Yaxşı oynadıq və bunun nəticəsi kimi turnir cədvəlinə başçılıq edirik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-02-2023, 16:0

“Barselona” “Deportivo”nun rekordunu yenilədi

Dünya futbolu

19-05-2023, 15:0

“Barselona” – “Real”: 99:100

Dünya futbolu

5-04-2023, 14:0

Liderlər darmadağın etdi, “Atletiko”nun seriyası uzandı – 27-ci turun şərhi

Dünya futbolu

4-05-2023, 14:0

“Barselona”nı çempionluqdan 2 xal ayırır - TURUN ŞƏRHİ

Dünya futbolu

27-12-2023, 19:0

“Atletiko” “Barsa”ya çatdı – TURUN ŞƏRHİ

Dünya futbolu

29-09-2023, 23:0

“Malyorka” “Barsa”nın zəfər yürüşünü dayandırdı – TURUN ŞƏRHİ

Aktual
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Son xəbərlər
  • Bu gün, 20:34
    "Qarabağ" hesabı açdı - YENİLƏNİR
  • Bu gün, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Bu gün, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Bu gün, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Bu gün, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
  • Bu gün, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Bu gün, 16:40
    Samokun yeni klubu bilindi
  • Bu gün, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
  • Bu gün, 15:30
    Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
  • Bu gün, 14:33
    Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
  • Bu gün, 14:02
    “Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
  • Bu gün, 13:31
    "Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner ərizədə yoxdu
  • Bu gün, 13:00
    500-cü oyun, 550-ci qol
  • Bu gün, 12:29
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Bu gün, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Bu gün, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
  • Bu gün, 10:31
    Azərbaycan UEFA reytinqində neçəncidi?
  • Bu gün, 10:00
    ''Beşiktaş'' qapıçı problemini həll etdi - Almaniyalı əlcək sahibi İstanbula gələcək
  • Bu gün, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • Dünən, 23:50
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • Dünən, 23:10
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • Dünən, 22:45
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • Dünən, 22:17
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • Dünən, 21:22
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:46
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • Dünən, 20:03
    Camal Cəfərov Qırğızıstan klubunda
  • Dünən, 19:55
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • Dünən, 19:34
    "İmişli"də yeni təyinat
  • Dünən, 19:12
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
  • Dünən, 18:42
    ''Beşiktaş'' Türkiyə yığmasının yarımmüdafiəçisini transfer etdi
  • Dünən, 18:11
    "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 17:59
    Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
  • Dünən, 17:31
    "Kəpəz" Ehtiramla yolları ayırdı
  • Dünən, 17:12
    ''Qalatasaray''dan İtaliyaya dönən futbolçunun gələcəyi qeyri-müəyyəndi
Daha çox
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 161
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 135
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə