• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Madrid nəhəngləri büdrədi, “Jirona” yenə zirvəni ələ keçirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 16:0

La Liqada hesabat turu maraqlı nəticələrlə müşayiət olundu.

"Football-plus.az" xəbər verir ki, Madrid nəhəngləri uğursuzluqla üzləşdi. “Real” evdə “Rayo Valyekano”nu məğlub edə bilmədisə, “Atletiko” səfərdə “Las-Palmas”a uduzdu. Madridlilərin büdəməsindən isə kataloniyalılar – “Barselona” və “Jirona” yararlandı. “Selta”, “Qranada” və “Almeriya”dan ibarət autsayderlər “üçlüy”ü də formalaşıb.

“Jirona”nın uğurlarının təsadüf olduğunu iddia edənlər tədricən fikrini dəyişməkdədi. Kataloniyanın kiçik təmsilçisi səfərdə möhkəm ortabablardan “Osasuna”nı məğlub etdi. Budimir 55-ci dəqiqədə komandasını irəli çıxaranda düşünmək olardı ki, “Jirona”nın məğlubiyyəti qaçılmazdı. Ancaq ukraynalılar – Dovbiklə Sıqankov buna imkan vermədi. Dovbik həm hesabı bərabərləşdirdi, həm də sonradan oyuna qoşulan həmvətəni Sıqankova ötürmə verdi. Artyom 16-cı dəqiqədə Martinin hesabı açmasına da şərait yaratmışdı. Bir oyunda üç məhsuldar hərəkətlə yadda qalan Dovbik cari mövsümdə artıq 6 qol vurub, 4 məhsuldar ötürmə verib. O, bu göstəricidə yalnız Bellingemdən (10+2) geri qalır. Ümumiyyətlə, keçmiş SSRİ-dən olan futbolçulardan üçü indiyə qədər bir La Liqa oyununda “qol+ötürmə” sistemi üzrə 3 xal toplaya bilmişdi. Bunlar Mostovoy (3 dəfə), Karpin (2) və Xoxlovdu (1).

“Real” liderdən 2 xal geri qalır. “Ağ şimşəklər” “El-Klasiko”dan dərhal sonra büdrədi. “Santyaqo Bernabeu”ya qolsuz heç-heçə ümidi ilə qədəm qoyan “Rayo Valyekano” istəyinə çatdı. “Çərçivə”yə zərbə vurmağı ağla gətirməyən “arılar” oyunboyu müdafiə olundu, “Real” isə belə müdafiə xəttini heç cür yara bilmədi. Qeyri-dəqiqlikdən əziyyət çəkən meydan sahibləri nadir hallarda “çərçivə”yə düşürdü ki, onda da Dimitrievski komandasını xilas edirdi. Makedoniyalı qapıçı oyunun əvvəlində Valverde ilə Xoselunun təhlükəli zərbələrinin qarşısını aldı. Madridlilər müntəzəm standart vəziyyət qazanır, Vinisius oyunu öz üzərinə götürürdü, ancaq top qapıdan keçmirdi ki keçmirdi. Braziliyalı 2-ci hissənin ortalarında fərqlənsə də, Xoselu ofsaydda olduğuna görə qol sayılmadı. Ançelottinin 69-cu dəqiqədə oyuna qoşduğu Rodriqo da iki şansdan yararlana bilmədi. O, əvvəlcə yaxın məsafədən topu qapının yanından, uzatma dəqiqələrində isə qapıçının üzərinə vurdu. Hər halda, “arılar” heç-heçəni qoyuya bildi. Onlar sonuncu dəfə 2000-ci ilin martında “Real”la dueldə heç-heçəyə nail olmuşdu. “Rayo Valyekano” məğlubiyyətsiz oyunlar seriyasını da 8-ə çatdırdı.

“Real” “Jirona”dan 2 xal geri qalırsa, “Barselona”da madridlilərdən o qədər aralıdadı. “Real Sosyedad”la səfər oyunu kataloniyalılar üçün çox çətin keçdi. Təbii ki, meydan sahibləri rəqibin qələbəyə layiq olması fikri ilə razı deyil. Oyunun əksər bölümlərində “göy-qırmızılar” hücumda heç nə ilə yadda qalmadı. İlk yarı, ümumiyyətlə, baskların aşkar üstünlüyü şəraitində keçdi. “Real Sosyedad”ın oyununda təkcə qol çatmırdı. Meydan sahibləri artıq ilk dəqiqələrdə Ter Ştegeni üç dəfə ustalığını göstərməyə məcbur etdi. Basklar fasiləyə qədər daha iki imkanı qaçırdı. Düşünmək olardı ki, fasilə qonaqların işinə yarayacaq. Ancaq 2-ci hissənin əvvəlində də “Barsa”nın oyununda hansısa parlaq element görmədik. Düzdü, qonaqlar bir qədər yaxşı müdafiə olunmağa başladı. Hissənin ortalarında Oyarsabal rəqibin cərimə meydançasında yerdə qalanda basklar penalti istəsələr də, hakim “nöqtə”ni göstərmədi. Ardından Ter Ştegen Barreneçanın zərbəsini dəf etdi. “Real Sosyedad”ın təzyiqi heç cür nəticə vermədi, oyunun sonunda isə kataloniyalıların gücü daha çox qalmışdı. Onlar son dəqiqələrdə yaratdıqları təhlükəli vəziyyətlərin birindən yararlandı. Düzdü, Arauxonun qolu əvvəlcə sayılmadı. “Barsa” bu qələbə sayəsində “Atletiko”nu arxada qoydu...

...ona görə ki, “hindular” sentyabrın ortalarından bəri ilk dəfə məğlubiyyətlə üzləşdi. Özü də “Atletiko” çempionatda 36 ildən artıq müddətdə ilk dəfə “Las-Palmas”a uduzdu. Adalılar döyüşkənliyini, mübarizə əzmini ortaya qoydu. Onlar oyuna daha yaxşı başladı, ancaq ardından təşəbbüsü rəqibə verdi. Təhlükəli vəziyyətlərin sayı isə o qədər də çox deyildi. 2-ci hissədə meydanda daha açıq oyun getdi və “Las-Palmas” vəziyyətdən yararlanıb hesabı açdı. Simeonenin yerdəyişmələri də “hindular”ı silkələmədi, əksinə, öndə olan adalılar daha ehtiraslı oyun göstərdi. Onlar 75-ci dəqiqədə fərqi artırandan sonra oyunun taleyi müəyyənləşdi. “Atletiko” 83-cü dəqiqədə intriqanı bərpa etsə də, bundan artığına gücü çatmadı. Simeonenin komandası bütün turnirlərdə keçirdiyi son 10 oyunda ilk dəfə uduzdu.

“Atletik” mövsümə bərbad başlayan “Vilyarreal” üzərindəki səfər qələbəsi ilə 5-ci pilləyə yüksəldi. Bilbao klubu ilk yarını möhtəşəm keçirdi. De Qalarreta və Uilyams qardaşları ilk yarımsaatda üç qol vurdu. “Sarı sualtı qayıq” yalnız 0:3-dən sonra ayıldı. Jerar Moreno ilə Sörlot son 5 dəqiqədə hətta qollardan ikisinin əvəzini çıxa bildi. Ancaq qonaqlar bundan artığına imkan vermədi və 2018-dən bəri ilk dəfə bu rəqib üzərində səfərdə qələbə qazandı.
Turun qalan oyunlarına gəlincə, “Betis”, “Alaves” və “Valensiya” 3 xala sevindi, “Selta” “Sevilya” ilə oyunda heç-heçəyə razılaşdı, dünən axşam keçirilən son oyunda isə “Xetafe” “Kadis”ə qalib gəldi.

12-ci tur
Osasuna – Jirona 2:4

Budimir, 25; 55 – Martin, 16. Dovbik, 71. Sıqankov, 80. A.Qarsiya, 90. (20100)
Jirona: Qassaniqa, Qutyerres, Blind, E.Qarsiya, Martines, Martin (Portu, 85), A.Qarsiya, Errera, Savio, Kouto (Sıqankov, 70), Dovbik (Stuani, 85).
Real – Rayo Valyekano 0:0
(68000)
Real: Kepa, F.Qarsiya (Kroos, 72), Alaba, Rüdiger, Karvaxal, Modriç (Rodriqo, 69), Kamavinqa (Naço, 85), Valverde, Bellingem, Vinisius, Xoselu.

Real Sosyedad – Barselona 0:1
Arauxo, 90+2. (37555)
Real Sosyedad: Remiro, Munyos, Le Norman, Subeldiya, Traore (Elustondo, 63), Merino, Subimendi, Barreneçea (Şo, 79), Mendes, Oyarsabal (Fernandes, 84), Kubo.
Barselona: Ter Ştegen, Martines, Kunde, Arauxo, Balde, Gündoğan, Qavi, Kanselo (Rafinya, 69), Lopes (Torres, 57), Feliş (Yamal, 69), Levandovski (Pedri, 57).

Las-Palmas – Atletiko 2:1
Rodriges, 51. Ramires, 71 – Morata, 83. (30080)
Atletiko: Oblak, De Paul (Saul, 65), Ermoso, Vitsel (Ximenes, 65), Saviç, Molina (Qalan, 76), Rikelme, Koke (Lyorente, 60), Barrios, Morata, Qrizmann (Korrea, 60).

Vilyarreal – Atletik 2:3
J.Moreno, 86. Sörlot, 87 – De Qalaretta, 2. N.Uilyams, 22. İ.Uilyams, 30. (18709)
Atletik: Simon, Lekue, Paredes, Vivian, De Markos, Vesqa, De Qalarreta (D.Qarsiya, 76), N.Uilyams (Qomes, 76), Sanset (Munyain, 85), İ.Uilyams (Vilyalibre, 86), Quruseta (Berenger, 67).

Betis – Malyorka 2:0
Villian, 7. Peres, 65. (50909)

Alaves – Almeriya 1:0
Sedlar, 79. (18380)

Valensiya – Qranada 1:0
Pepelu, 45+7. (44922)

Selta – Sevilya 1:1
Starfelt, 22 – Ən-Nəsiri, 84. (19023)

Xetafe – Kadis 1:0
Mayoral, 76. (9853)

1. Jirona 12 10 1 1 29-15 31
2. Real 12 9 2 1 23-8 29
3. Barselona 12 8 3 1 24-12 27
4. Atletiko 11 8 1 2 26-11 25
5. Atletik 12 6 3 3 21-14 21
6. Betis 12 5 5 2 16-15 20
7. Real Sosyedad 12 5 4 3 20-15 19
8. Valensiya 12 5 3 4 15-13 18
9. Rayo Valyekano 12 4 6 2 14-15 18
10. Las-Palmas 12 5 2 5 10-11 17
11. Xetafe 12 3 6 3 14-16 15
12. Osasuna 12 4 1 7 14-20 13
13. Vilyarreal 12 3 3 6 17-21 12
14. Alaves 12 3 3 6 10-16 12
15. Sevilya 11 2 5 4 17-16 11
16. Kadis 12 2 4 6 10-17 10
17. Malyorka 12 1 6 5 12-18 9
18. Selta 12 1 4 7 11-20 7
19. Qranada 12 1 3 8 17-29 6
20. Almeriya 12 0 3 9 14-32 3

Bombardirlər: Bellingem (Real) - 10, Qrizmann, Morata (hər ikisi “Atletiko”), J.Moreno (Vilyarreal) – 7.

Növbəti turun oyunları noyabrın 10-12-si aralığında keçiriləcək: Atletik – Selta, Rayo Valyekano – Jirona, Almeriya – Real Sosyedad, Qranada – Xetafe, Osasuna – Las-Palmas, Real – Valensiya, Malyorka – Kadis, Barselona – Alaves, Sevilya – Betis, Atletiko – Vilyarreal.

Turun rəqəmi
1 – “Real” cari mövsümdə ilk dəfə rəqib qapısına yol tapa bilmədi. Oyun vaxtının 63 faizində topa nəzarət edən madridlilər qapıya 22 zərbə vurdu, bunların 5-i “çərçivə”yə getdi, ancaq hesabı açmaq mümkün olmadı.

Turun ulduzu
Artyom Dovbik (Jirona) – avqustda “Dnepr-1”dən ayrılan ukraynalı artıq komandasının liderinə çevrilib. “Osasuna” üzərindəki qələbəyə 1 qol, 2 ötürmə ilə töhfə verdi. Belə davam edərsə, tezliklə daha böyük klubların maraq dairəsinə düşməsi tam realdı.

Turun sitatı
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Yaxşı oynadıq, çox əziyyət çəkdik. Ancaq futbol bəzən izaholunmazdı. Ötən həftə “Real”la oyunda qələbəni haqq etmişdik, ancaq bu gün yox”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

11-10-2023, 19:0

“Real” darmadağın edir, “Barselona” isə xal itirir – TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 19:0

“Jirona” nağılı bitdi, “Atletiko” liderlər qrupuna döndü - TURUN ŞƏRHİ

Dünya futbolu

10-08-2022, 14:0

“Real”dan “Jirona”ya keçdi

Dünya futbolu

2-11-2023, 00:0

Bellingem “Barsa”nı da məğlub etdi - TURUN ŞƏRHİ

Dünya futbolu

27-09-2023, 19:0

“Atletiko” “Real”ı büdrətdi, “Barsa” artıq zirvədədi – TURUN ŞƏRHİ

Aktual
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Son xəbərlər
  • Bu gün, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Bu gün, 20:05
    "Qarabağ" "Vestri"ni qəbul edir - YENİLƏNİR
  • Bu gün, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Bu gün, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Bu gün, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
  • Bu gün, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Bu gün, 16:40
    Samokun yeni klubu bilindi
  • Bu gün, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
  • Bu gün, 15:30
    Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
  • Bu gün, 14:33
    Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
  • Bu gün, 14:02
    “Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
  • Bu gün, 13:31
    "Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner ərizədə yoxdu
  • Bu gün, 13:00
    500-cü oyun, 550-ci qol
  • Bu gün, 12:29
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Bu gün, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Bu gün, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
  • Bu gün, 10:31
    Azərbaycan UEFA reytinqində neçəncidi?
  • Bu gün, 10:00
    ''Beşiktaş'' qapıçı problemini həll etdi - Almaniyalı əlcək sahibi İstanbula gələcək
  • Bu gün, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • Dünən, 23:50
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • Dünən, 23:10
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • Dünən, 22:45
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • Dünən, 22:17
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • Dünən, 21:22
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:46
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • Dünən, 20:03
    Camal Cəfərov Qırğızıstan klubunda
  • Dünən, 19:55
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • Dünən, 19:34
    "İmişli"də yeni təyinat
  • Dünən, 19:12
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
  • Dünən, 18:42
    ''Beşiktaş'' Türkiyə yığmasının yarımmüdafiəçisini transfer etdi
  • Dünən, 18:11
    "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 17:59
    Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
  • Dünən, 17:31
    "Kəpəz" Ehtiramla yolları ayırdı
  • Dünən, 17:12
    ''Qalatasaray''dan İtaliyaya dönən futbolçunun gələcəyi qeyri-müəyyəndi
Daha çox
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 161
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 135
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə