ÇL-də hamını arxada qoydu

22.09.2024 19:28 120
Dünya futbolu
Çemponlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi Florian Virts olub.

O, əsas mərhələnin 1-ci turunun “Feyenoord”la oyununda “Bayer-04”ün 4:0 hesablı qələbəsində iki qol vurmaqla rol oynayıb.

21 yaşlı alman yarımmüdafiəçi UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda həftənin ən yaxşı oyunçusu adına digər namizədləri – Harri Keyn (Bavariya), Ceymi Bayno-Gittens (Borusiya D) və Antuan Qrizmannı (Atletiko) arxada qoyub.