Avropa Liqasında hamını arxada qoydu

28.10.2023 15:35 210
Avropa Liqası
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, nominasiyada Vinçentso Qrifo qalib gəlib.

O, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda 1-ci yeri tutub. “Frayburq”un hücumçusu qrup mərhələsinin 3-cü turunun TSÇ ilə səfər oyununda komandasının 3:1 hesablı qələbəsində 3 qol vurmaqla rol oynamışdı.

Qrifo turun ən yaxşı oyunçusu adı uğrunda mübarizədə Florian Virts (Bayer-04), Rayan Qravenberx (Liverpul) və Maqnus Eykremi (Molde) arxada qoyub.