Çempionlar Liqasında hamını qabaqladı

15.04.2024 22:20 170
Çempionlar Liqası
Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada “Fulhem”in vingeri Rafinya qalib gəlib. Bu barədə UEFA-nın saytı məlumat yayıb. Rafinya 1/4 finalın PSJ ilə ilk oyununda “Barselona”nın 3:2 hesablı qələbəsində iki qol vurmaqla rol oynamışdı. O, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda digər namizədləri - Filip Foden (Mançester Siti), Martin Edeqor (Arsenal) və Antuan Qrizmannı (Atletiko) arxada qoyub.