Fonseka üçün son şans?

20.09.2024 18:13 126
Dünya futbolu
Paulu Fonsekanın “Milan”dakı fəaliyyəti qısa sürə bilər.

"Football-plus.az" xəbər verir ki, “Milan” A seriyasının 5-ci turunda “İnter”ə məğlub olacağı halda baş məşqçi istefaya göndərə bilər. Mauritsio Pistokkinin məlumatına görə, rəhbərlik artıq Massimiliano Alleqri ilə əlaqə saxlayıb. Məşhur jurnalist “Milan”ın sabiq çalışdırıcısının müqavilə imzalanmasına razılıq verdiyini də bildirib.

Fonseka İtaliya klubuna bu ilin iyulunda təyinat alıb. İtaliya çempionatının “İnter” – “Milan” matçı sentyabrın 22-də keçiriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul