Oveçkin həm rekord müəyyənləşdirdi, həm də ...antirekord

26.11.2026 15:01
İdman
“Vaşinqton”un hücumçusu Aleksandr Oveçkin “Baffalo” ilə ev oyununda (3:6) məhsuldar ötürmə ilə yadda qaldı. 41 yaşlı rusiyalı MHL-də keçirdiyi 1593-cü oyunda 763-cü belə ötürməni verdi. Ovi qol ötürmələrinin sayına görə klub tarixində 1-ci pilləyə yüksəldi. O, 1105 matçda 762 belə ötürməsi olan Niklas Bekstremi arxada qoydu.

Yeri gəlmişkən, məhz bu oyunda Oveçkinin qolsuzluq seriyası 15-ə çatdı. Ardıcıl 15 qolsuz oyun rusiyalı ulduzun yeni antirekordudu. O, indiyə qədər ən pis halda ardıcıl 14 oyunda fərqlənə bilməmişdi (2023-ün noyabr – dekabr aralığında). Srağagünkü “Boston”la oyunda da qol vurmayan Oveçkinin seriyası 16-ya çatdı.

“Edmonton”un hücumçusu Konnor Makdevid 2026/27 mövsümündə ilk dəfə bir oyunda nə qol vurdu, nə də məhsuldar ötürmə verdi. “Tampa-Bey” ilə oyunda (1:3) onun məhsuldarlıq seriyası qırıldı. 29 yaşlı kanadalı ulduzun seriyası 23-də dayandı. Bundan daha uzun seriyalar Ueyn Qretski (1983/84 mövsümündə 51, 1982/83 mövsümündə 30 oyun) ilə Mats Sundinə (1992/193 mövsümündə 30 oyun) məxsusdu. Cari mövsümdə keçirdiyi 26 oyunda 58 (13+45) xal toplayan Makdevid bombardirlər yarışının lideridi.

20 noyabr
Vaşinqton – Baffalo 3:6 (1:4, 0:1, 2:1)
Karolina – Monreal 1:2 OT (0:0, 0:0, 1:1, 0:1)
Ottava – Filadelfiya 5:6 OT (1:1, 2:1, 2:3, 0:1)
Pittsburq – Sent-Luis 2:5 (1:0, 0:3, 1:2)
Toronto – Los-Anceles 3:4 B (2:0, 1:3, 0:0, 0:0)
Vinnipeq – Aylenders 4:3 OT (2:2, 1:1, 0:0, 1:0)
Tampa-Bey – Edmonton 3:1 (0:0, 1:0, 2:1)
Kalqari – Minnesota 1:4 (1:2, 0:1, 0:1)
Çikaqo – Kolambus 2:4 (0:2, 1:1, 1:1)
Kolorado – Anahaym 4:0 (0:0, 3:0, 1:0)
Sietl – Vankuver 5:1 (1:1, 2:0, 2:0)
Veqas – Dallas 3:4 B (0:2, 2:0, 1:1, 0:0)

21 noyabr
Karolina – Edmonton 7:4 (0:2, 5:2, 2:0)
Kalqari – Çikaqo 3:4 OT (1:0, 1:3, 1:0, 0:1)

22 noyabr
Neşvill – Pittsburq 4:3 (1:2, 2:1, 1:0)
Florida – Baffalo 4:3 (1:1, 1:1, 2:1)
Boston – Vaşinqton (1:2, 4:2, 2:1)
Vinnipeq – Veqas 4:5 B (2:2, 1:1, 1:1, 0:0)
Detroyt – Aylenders 2:3 (1:0, 0:1, 1:2)
Monreal – Filadelfiya 3:4 (1:1, 0:2, 2:1)
Ottava – Los-Anceles 4:2 (0:1, 1:0, 3:1)
Sent-Luis – Nyu-Cersi 9:6 (4:3, 3:1, 2:2)
Toronto – Kolambus 3:4 (2:1, 1:1, 0:2)
Yuta – Anahaym 3:2 (1:1, 1:0, 1:1)
Vankuver – Minnesota 4:3 B (0:0, 1:2, 2:1, 0:0)
San-Xose – Sietl 4:3 (3:1, 1:2, 0:0)
Reyncers – Karolina 2:5 (1:1, 0:3, 1:1)

23 noyabr
Tampa-Bey – Baffalo 2:6 (1:1, 0:3, 1:2)
Dallas – Pittsburq 1:0 (0:0, 1:0, 0:0)
Sent-Luis – Edmonton 5:4 B (0:1, 1:2, 3:1, 0:0)
Vankuver – Çikaqo 3:6 (1:4, 2:1, 0:1)