Çempion məşqçi ilə müqavilə yeniləndi

13.07.2024 15:59 322
Dünya futbolu
“İnter”də çoxdan gözlənilən hadisə baş verib.

Rəhbərlik baş məşqçi Simone İnzaqi ilə müqaviləni yeniləyib. Milan klubunun mətbuat xidmətinin məlumatına görə, 47 yaşlı mütəxəssislə müddəti 2026-ci ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

İnzaqi “İnter”i 2021-ci ilin yayından çalışdırır. Komanda onun rəhbərliyi altında İtaliya çempionatının son mövsümünün qalibi olub.