İtaliya klubunda yeni müqavilə

9.07.2023 22:11 206
Dünya futbolu
Stefan de Vreyin “İnter”dəki aqibətinə aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubu niderlandlı futbolçusu ilə müqaviləni yeniləyib.

31 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin yayına qədər uzadılıb. Qeyd edək ki, De Vreyin Səudiyyə Ərəbistanı klublarından birinə keçmək imkanı var idi. Ancaq o, “İnter”də qalmağa üstünlük verib.

Niderlandlı oyunçu Milan klubunda 2018-ci ilin yayından oynayır.