Harden Brayantı arxada qoydu

26.11.2026 15:32
İdman
“Klivlend”in müdafiəçisi Ceyms Harden müntəzəm çempionatda 50 və daha artıq xal topladığı oyunların sayına görə 3-cü pilləyə yüksəldi.

"Football-plus.az" xəbər verir ki, 37 yaşlı amerikalı ulduz şənbə günü komandasının “İndiana”ya 128:119 qalib gəldiyi oyunda 51 xal topladı. Onun 11 üçxallıq atışından 7-si, həmçinin 14 cərimə zərbəsinin hamısı dəqiq oldu. Harden ən azı 50 xal topladığı oyunların sayını 26-ya çatdırmaqla bu göstəricidə beşqat MBA çempionu, mərhum Kobi Brayantı arxada qoydu.

MBA tarixində belə oyunların sayına görə rekordçu Uilt Çemberlendi (118). 2-ci yerdə isə Maykl Cordan (31) qərarlaşıb.

20 noyabr
Memfis – Qolden Steyt 126:98 (31:24, 24:23, 37:26, 34:25)
Miluoki – Portlend 114:124 (21:24, 37:36, 34:36, 22:28)
Minnesota – Nyu-York 99:102 (26:33, 24:32, 28:25, 21:12)
San-Antonio – Klippers 124:112 (24:21, 33:33, 35:34, 32:24)

21 noyabr
Atlanta – Şarlott 111:97 (23:31, 33:26, 31:19, 24:21)
Bruklin – Orlando 111:113 (25:38, 36:24, 27:29, 23:22)
Detroyt – Toronto 102:105 (23:26, 25:28, 24:23, 30:28)
Klivlend – İndiana 128:119 (29:29, 33:32, 43:22, 23:36)
Oklahoma-Siti – Nyu-Orlean 126:120 (33:36, 23:28, 36:34, 34:22)
Çikaqo – Vaşinqton 94:98 (29:22, 31:30, 9:23, 25:23)
Yuta – Finiks 101:111 (23:26, 26:35, 27:28, 25:22)
Denver – Hyuston 133:124 (31:33, 31:27, 37:42, 34:22)
Leykers – Sakramento 106:104 (28:28, 26:34, 28:22, 24:20)
Filadelfiya 76 – Miluoki 132:129 (29:30, 31:29, 38:33, 34:37)

22 noyabr
Nyu-York – Portlend 97:96 (40:23, 26:20, 15:29, 16:24)
Dallas – Klippers 110:100 (23:26, 29:18, 26:30, 32:26)
Minnesota – Memfis 104:95 (28:34, 28:12, 27:16, 21:33)
San-Antonio – Nyu-Orlean 114:91 (32:29, 29:16, 28:21, 25:25)
Sakramento – Boston 97:96 (25:27, 16:27, 35:13, 21:29)
Atlanta – Detroyt 107:97 (29:26, 22:26, 23:33, 33:12)

23 noyabr
Mayami – Oklahoma-Siti 123:113 (36:24, 31:28, 28:28, 28:33)
Vaşinqton – Orlando 116:96 (38:21, 25:30, 34:26, 19:19)
Çikaqo – Denver 145:151 ОТ (31:33, 39:39, 25:33, 36:26, 14:20)
Yuta – Dallas 114:116 (35:33, 22:31, 17:27, 40:25)
Nyu-York – İndiana 113:106 (26:26, 29:25, 34:27, 24:28)
Qolden Steyt – Boston 88:87 (27:20, 17:22, 25:33, 19:12)