“Milan” aparıcı oyunçularını qorumağa davam edir.
Football-plus.az xəbər verir ki, rəhbərlik Fikayo Tomori ilə müqaviləni də yeniləyib. 24 yaşlı müdafiəçi 2027-ci ilə qədər İtaliya klubuna məxsus olacaq. Tomori “Milan”a 2021-ci ilin yanvarında “Çelsi”dən gəlib.
Bəzi mənbələr ingilis futbolçunun illik məvacibinin 3,5 milyon avroya qədər artırıldığını xəbər verir.