Şəfa (Bakı) - Qəbələ 0:2 (0:0)
97. Tyaqo Silva – 6,0
83. Nihad Quliyev – 5,0
(29. Vüsal Qənbərov, 86) – qiymətsiz
4. Maudo Jarjue – 4,5
5. Arsen Ağcabəyov – 5,0
11. Andrey Draqu – 5,0
17. Musa Quel – 5,5
6. Fərid Yusifli – 5,0
55. Rauf Hüseynli – 5,0
(21. İsmayıl Zülfüqarlı, 75) – 5,0
18. Bafode Dansoko – 5,5
23. Nahid Əliyev – 5,0
(10. Dilan Mertens, 75) – 5,0
42. Elnur Cəfərov (k) – 5,0
(8. Vlad Pop, 86) – qiymətsiz
Ehtiyat oyunçular
12. Əlirza Müştəbazadə
99. Məmməd Hüseynov
3. Tərlan Quliyev
28. Murad Musayev
77. Elmar Məmmədov
22. Umar Diav
34. Kristofer Mamenqi
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Tyaqo Silva
1. Səlahət Ağayev (k) – 5,5
66. Nuğay Rəşidov – 6,0
(12. Kouya Mabea, 83) – qiymətsiz
3. Edson Eduardo – 5,5
16. İsaak Amoah – 6.0
27. Eşqin Əhmədov – 5,5
6. Xayme Syerra – 6,0
4. Elvin Camalov – 5,5
8. Endri Çekici – 4,5
(7. Bruno Silva, 46) – 5,0
10. Şahin Şahniyarov – 6,5
(22. Fərid İsgəndərov, 90+1) – qiymətsiz
80. Meşak Uboçioma – 7,0
24. İsmael Akinade – 6,0
(9. Karim Rossi, 83) – qiymətsiz
Ehtiyat oyunçular
32. Artur Motta
94. Həbib Hüşənov
11. Asif Məmmədov
13. Nicat Əliyev
74. Süleyman Damadayev
21. Ziya Şəkərxanov
5. Natan Monzanqo
Baş məşqçi: Yeton Bekiri
Komandanın ən yaxşısı: Meşak Uboçioma
Qollar: Ş.Şahniyarov, 59 (0:1, M.Uboçioma). M.Uboçioma, 90+2 (0:2, K.Rossi).
Vərəqələr: E.Camalov, 26 (qeyri-idman hərəkəti). R.Hüseynli, 33 (qeyri-idman hərəkəti). D.Mertens, 85 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ƏLİ ƏLİYEV, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu (hamısı Bakı).
VAR hakimi: İnqilab Məmmədov (Bakı).
VAR hakiminin köməkçisi: Cəmil Quliyev (Bakı)
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Namiq Əliyev (Bakı).
21 noyabr. Sumqayıt. “SOCAR Polymer Arena”. 300 tamaşaçı (1500 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Qələbə həm “Şəfa”, həm də “Qəbələ” üçün hava-su kimi lazım olduğundan duelin yetərincə gərgin keçəcəyini bilirdik.
Autsayderlər irəliləmək üçün yalnız üç xala ümid edə bilərdi. Debütant “doğma divarlar” amilinə, qonaqlar isə təcrübəsinə arxalanırdı ki, özünü doğruldan “qırmızı-qaralar”ın ümid yeri oldu. Sonda məğlubiyyətlə barışmağa məcbur qalan paytaxt təmsilçisinin ciddi çatışmazlıqları əvvəldən özünü büruzə verdi. Ona görə ki, “Qəbələ” hələ 11-ci dəqiqədə rəqibin səhvi üzündən hesabı açmağa yaxın oldu. Sadəcə, Silva təhlükəni sovuşdurmaq istəsə də, topu idarə edə bilməyən Raufun səhlənkarlığı üzündən zərbə endirmək imkanı qazanan Şahinin fərqlənməsinə mane oldu. Bir qədər sonra Dansokonun qol vurmaq arzusu ürəyində qaldı: Səlahət komandasını xilas etdi. 31-ci dəqiqədə bəxtini sınayan Quelin də zərbəsi işə yaramadı. Daha dəqiqi, top tirin üstündən keçdi. Odu ki, hücumlarla zəngin olmayan, böyük ölçüdə cansıxıcı keçən ilk yarıda hesab açılmadı.
İkinci hissə birinci ilə müqayisədə maraqlı və baxımlı keçdi. Mütləq qol vurmalı olduğunu dərk edən komandaların hücuma keçməkdən başqa çarəsi qalmamışdı. 47-ci dəqiqədə təxminən 20 metrdən fərqlənmək istəyən Quelin arzusu yenə çin olmadı. Bu dəfə Səlahət özünü yaxşı tərəfdən göstərdi. “Qəbələ”nin ilk tutarlı hücumu isə qolla nəticələndi. 59-cu dəqiqədə irəli atılan “qırmızı-qaralar” Akinadenin Nuğaya, sonuncunun Şahinə ötürməsi sayəsində cərimə meydançasına daxil oldu. İş ondadı ki, Şahniyarov ilk cəhddə Tyaqonun müdaxiləsinə tuş gəldi. Lakin Uboçiomanın meydanı tərk etmək üzrə olan topu qaytarması Şahinin adını tabloya yazdırması ilə nəticələndi. Çox keçmədən qonaqların ifasında daha bir təhlükəli hücum izlədik. Bu dəfə Akinade bir qədər əvvəl döyüşə qatılan Silvanın ötürməsi ilə fərqi artırmağa çalışdı. Ancaq Tyaqo keçilməz oldu. “Əlcək sahibi” nigeriyalının 81-ci dəqiqədə fərqlənməsinə də qarşı çıxdı. Qalan vaxtda fürsəti qaçıranlar sırasına Rossi və Elvin də qoşuldu. “Qəbələ” “Şəfa”nın işini 90+2-ci dəqiqədə bitirdi. Rossi Jarjuenin cərimə meydançasının həndəvərində itirdiyi topu Uboçiomaya çatdırdı. Belədə bəxtini sınayan nigeriyalı komandası üçün qələbəni təmin etdi.
Beləliklə, “Şəfa”nın qələbə həsrəti 10 (!) oyuna çatdı. “Qəbələ” isə təhlükəli zonadan uzaqlaşdı.
KƏNAN BAHADIR
Debütant 10 oyundu şəfa tapa bilmir... - REPORTAJ
Reportaj





