Fonseka Fransa klubuna təyinat aldı

12.06.2022 18:56 350
Dünya futbolu
Paulu Fonsekanın yeni iş yeri müəyyənləşib.

O, bundan sonra Fransada işləyəcək. 49 yaşlı portuqaliyalı “Lill” ilə 2 illik müqavilə bağlayıb.

Fonsekanın sonuncu iş yeri 2019-21-ci illərdə çalışdırdığı “Roma” olub. Onun yeni komandasının Liqa 1-də son mövsümü 10-cu yerdə başa vurduğunu da xatırladaq.