Ferstappen qalib oldu, Antonelli 400-ü keçdi

26.11.2026 17:23
İdman
Həftəsonu keçirilən Las-Veqas mərhələsinin qalibi “Red Bull”un pilotu Maks Ferstappen oldu. 2-ci yeri “Maklaren”in pilotu Lando Norris, 3-cü yeri isə onun komanda yoldaşı Oskar Piastri tutdu.

Fəxri kürsüyə qalxmağa iddialı “Mersedes” pilotu Corc Rassell sona iki dövrə qalmış divara çırpıldı və finişə 9-cu yerdə çatdı. 38-ci dövrədə “Ferrari”nin pilotları Şarl Leklerlə Lüis Hemilton arasında təmas baş verdi. Nəticədə britaniyalının maşını çevrildi. Lekler isə 10 saniyəlik cərimə aldı.
Vaxtından əvvəl çempionluğu təmin edən Kimi Antonelli mövsümdə hamıdan tez 400 xal həddini aşdı, onun hesabında artıq 402 xal var. Şəxsi hesabda 2-ci yerdə Ferstappen (304), 3-cü yerdə Hemilton (267) qərarlaşıb. “Mersedes”in (666) vaxtından əvvəl çempion olduğu Mühəndislər kubokunda isə “Ferrari” (517) ikinci, “Red Bull” (440) üçüncüdü. Dünya çempionatında növbəti mərhələ həftəsonu Qətərdə keçiriləcək.

Yeri gəlmişkən, Ferstappen mövsümün son mərhələlərinin Qətər və Əbu-Dabidə keçirilməsi ilə bağlı narahatdı. O, həmin yarışlara səfər etmək istəmədiyini, lakin komandanın ora getməli olacağını bildirib:
“Orda nisbətən təhlükəsiz şəraitdə olmaq mümkündü. Ancaq təhlükə yenə də yaxındadı. Şəxsən mən ora getməməyimizi üstün tutardım, amma heç nə edə bilmərik. Getməli olacağıq. Mənim fikrim dəyişməyib. Lakin “Formula-1” və Beynəlxalq Avtomobil Federasiyası (FIA) yarışın orda keçirilməsinin mümkün olduğunu açıq şəkildə bəyan edib. Buna görə də onlara etibar etməkdən başqa yolumuz yoxdu”.


Təsnifat mərhələsi
1. Kimi Antonelli (İtaliya) 1.33,893
2. Maks Ferstappen (Niderland) 1.34,151
3. Corc Rassell (B.Britaniya) 1.34,224
4. Lando Norris (B.Britaniya) 1.34,244
5. Ayzek Hacar (Fransa) 1.34,592
6. Arvid Lindblad (B.Britaniya) 1.34,668
7. Oskar Piastri (Avstraliya) 1.34,899
8. Liam Louson (Yeni Zelandiya) 1.35,090
9. Pyer Qasli (Fransa) 1.35,105
10. Franko Kolapinto (Argentina) 1.35,314
11. Şarl Lekler (Monako) 1.35,197
12. Lüis Hemilton (B.Britaniya) 1.35,253
13. Niko Hülkenberq (Almaniya) 1.35,460
14. Karlos Sayns (İspaniya) 1.35,641
15. Qabriel Bortoleto (Braziliya) 1.35,993
16. Aleksandr Albon (Tayland) 1.36,125
17. Rafael Kamara (Braziliya) 1.36,220
18. Serxio Peres (Meksika) 1.37,383
19. Fernando Alonso (İspaniya) 1.37,400
20. Lens Stroll (Kanada) 1.37,550
21. Valtteri Bottas (Finlandiya) 1.37,601
22. Oliver Berman (B.Britaniya) 1.48,005

Həlledici mərhələ
309,958 km (6201 metrlik 50 dövrə)
1. Maks Ferstappen (Red Bull) 1:27.39,624
2. Lando Norris (Maklaren) +0,639
3. Oskar Piastri (Maklaren) +1,529
4. Kimi Antonelli (Mersedes) +2,574
5. Pyer Qasli (Alpin) +2,927
6. Franko Kolapinto (Alpin) +7,955
7. Lüis Hemilton (Ferrari) +12,795
8. Karlos Sayns (Uilyams) +12,938
9. Corc Rassell (Mersedes) +13,192
10. Şarl Lekler (Ferrari) +17,554
11. Niko Hülkenberq (Audi) +22,720
12. Qabriel Bortoleto (Audi) +28,602
13. Oliver Berman (Haas) +28,843
14. Ayzek Hacar (Red Bull) +36,488
15. Liam Louson (Red Bull) +36,588
16. Rafael Kamara (Haas) +47,814
17. Lens Stroll (Aston Martin) +1.08,353
18. Va1tteri Bottas (Kadillak) +1.11,673
19. Fernando Alonso (Aston Martin) 1 dövrə

Aleksandr Albon (Uilyams) yarış başlamamış, Serxio Peres (Kadillak) 17-ci, Arvid Lindblad (Reysinq Bulls) 19-cu dövrədə
mübarizədən çəkilib.

Şəxsi birincilik
1. Kimi Antonelli 402
2. Maks Ferstappen 304
3. Lüis Hemilton 267
4. Corc Rassell 264
5. Lando Norris 264
6. Şarl Lekler 250
7. Oskar Piastri 167
8. Ayzek Hacar 122
9. Liam Louson 89
10. Pyer Qasli 52
11. Arvid Lindblad 38
12. Franko Kolapinto 35
13. Oliver Berman 23
14. Qabriel Bortoleto 14
15. Niko Hülkenberq 14
16. Karlos Sayns 11
17. Esteban Okon 7
18. Fernando Alonso 7
19. Aleksandr Albon 5
20. Yuki Sunoda 1
21. Ryo Xirakava 1

Mühəndislər kuboku
1. Mersedes 666
2. Ferrari 517
3. Red Bull 440
4. Maklaren 431
5. Reysinq Bulls 114
6. Alpin 87
7. Haas 31
8. Audi 28
9. Uilyams 16
10. Aston Martin 7