• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Sinner və Sobolenko!

İdman

14-09-2024, 13:0

“US Open”də mübarizə başa çatdı.

Kişilər arasında turnirin finalında italiyalı Yannik Sinnerlə amerikalı Teylor Frits qarşılaşdı. 2 saat 17 dəqiqə davam edən görüşdən Sinner qalib ayrıldı. O, karyerasında ilk dəfə “US Open”in qalibi oldu. 23 yaşlı italiyalı buna qədər “Australian Open”i də qazanıb, həmçinin “Uimbldon” və “Rolan Qarros” turnirlərində yarımfinala çıxıb.

Sinner amerikalı Cimmi Konnors (1974) və argentinalı Gilyermo Vilasdan (1977) sonra bir mövsüdə ilk iki “Böyük dəbilqə” qazanan 3-cü tennisçidi.

Qadınlar arasında turnirin finalına gəlincə, belaruslu Arina Sobolenko amerikalı Cessika Pequlaya qalib gəldi. Belaruslu tennisçi bu il “Australian Open”i və Sinsinnati turnirini də qazanıb, ümumilikdə onun hesabında üç “Böyük dəbilqə” qələbəsi var.

Kişilər
fərdi, yarımfinal

Sinner (İtaliya, 1) - Dreper (B.Britaniya, 25) 7:5, 7:6 (7:3), 6:2
Frits (ABŞ, 12) - Tiafo (ABŞ, 20) 4:6, 7:5, 4:6, 6:4, 6:1

final
Sinner (İtaliya, 1) - Frits (ABŞ, 12) 6:3, 6:4, 7:5
cütlərin yarışı, yarımfinal
Kravits/Pyuts (Almaniya, 10) – Arevalo/Paviç (Salvador/Xorvatiya, 4) 6:3, 6:7 (9:11), 6:4
Persell/Tompson (Avstraliya, 7) – Lemmons/Uistrou (ABŞ, 13) 6:4, 7:6 (7:4)

final
Persell/Tompson – Kravits/Pyuts 6:4, 7:6 (7:4).
Qadınlar
fərdi, final
Sobolenko (Belarus, 2) - Pequla (ABŞ, 6) 7:5, 7:5
cütlərin yarışı, final
L.Kiçenok/Ostapenko (Ukrayna/Latviya, 7) – Mladenoviç/Çjan Şuay (Fransa/Çin) 6:4, 6:3.
Mikst, final
Errani/Vavassori (İtaliya, 3) – Taunsend/Yanq (ABŞ, WC) 7:6 (7:0), 7:5

“US Open”in ardından dünyanın aparıcı kişi və qadın tennisçilərinin növbəti reytinq cədvəli də açıqlanıb. Kişilərin sıralamasında Aleksandr Zverev Karlos Alkarası arxada qoyaraq 2-ci pilləyə yüksəlib, Novak Cokoviç isə ilk “3-lüy”ü tərk edib. Zirvədə “US Open”i də qazanan Sinner qərarlaşıb. O, ən yaxın izləyicisindən 4105 xal irəlidədi.

ATP ilə yanaşı, WTA da yeni reytinqi açıqlayıb. Qadınlar arasında İqa Sventek liderliyi, Sobolenko 2-ci pilləni qoruyub. “US Open”də finala qədər irəliləyən Pequla 6-cı pillədən 3-cü pilləyə yüksəlib.

ATP reytinqi
1 (1*). Yannik Sinner (İtaliya) 11180
2 (4). Aleksandr Zverev (Almaniya) 7075
3 (3). Karlos Alkaras (İspaniya) 6690
4 (2). Novak Cokoviç (Serbiya) 5560
5 (5). Daniil Medvedev (Rusiya) 5475
6 (6). Andrey Rublev (Rusiya) 4645
7 (12). Teylor Frits (ABŞ) 4060
8 (7). Xubert Xurkaç (Polşa) 4060
9 (8). Kasper Ruud (Norveç) 4010
10 (9). Qriqor Dimitrov (Bolqarıstan) 3965

WTA reytinqi
1 (1). İqa Sventek (Polşa) 10885
2 (2). Arina Sobolenko (Belarus) 8716
3 (6). Cessika Pequla (ABŞ) 6220
4 (4). Yelena Rıbakina (Qazaxıstan) 5871
5 (5). Jasmin Paolini (İtaliya) 5398
6 (3). Kori Qauff (ABŞ) 4983
7 (7). Çjen Sinven (Çin) 3980
8 (12). Emma Navarro (ABŞ) 3810
9 (10). Barbora Kreyçikova (Çexiya) 3631
10 (9). Mariya Sakkari (Yunanıstan) 3515
* - əvvəlki reytinqdə yerini göstərir.

Reaksiyalar
Yannik Sinner:

“Düşünürəm ki, pis çıxış etmədim. Bu titul mənim üçün çox şey deməkdi, ona görə ki, karyeramın son dönəmi həqiqətən çətin alınıb. Tennisi sevirəm, çox məşq edirəm. Xüsusən də bu turnirdə tennisdə psixologiyanın nə qədər böyük önəm daşıdığını anladım. Çox xoşbəxtəm, bu sevinc anını sevimli komandamla bölüşdüyümə görə qürur duyuram”.

Arina Sobolenko:
“Oy, Allahım, indi heç söz tapa bilmirəm. Dəfələrlə qələbəyə yaxın olduğumu düşünmüşəm. Bu, mənim arzum idi. Nəhayət, bu gözəl qəniməti qazandım. Titulun mənim üçün önəmi böyükdü, çətin həftələr arxada qaldı. Finalda uduzmağın necə ağır olduğunu bilirəm, Cessika. Sən möhtəşəm tennis sərgiləyirsən. Bu titulu qazanacağına inanıram. Bəlkə də bir yox, bir neçə dəfə. Atamı itirəndən (Sergey Sobolenko 2019-cu ilin noyabrında 43 yaşında vəfat edib) sonra hədəfim o idi ki, soyadımızı tennis tarixinə yazdıraq. Adımı qənimətin üzərində görəndə bu arzudan əl çəkməyə imkan verməyən ailəmlə qürur duyuram”.

Paylaş:
Digər xəbərlər

İdman

11-09-2024, 16:0

Pequla ilk dəfə “Böyük dəbilqə”nin finalında

İdman

28-01-2024, 14:0

Finalın adı: Sobolenko - Çjen Sinven, Sinner – Medvedev

İdman

25-01-2024, 22:0

Cokoviç: hardda 700-cü qələbə!

---

5-09-2024, 19:0

Nə Cokoviç titulunu qoruya bildi, nə də Qauff

İdman

10-09-2023, 11:0

Finalın adı: Sobolenko – Qauff, Cokoviç - Medvedev

İdman

31-01-2024, 14:0

Sobolenko titulu qorudu, Medvedev yenə finalda uduzdu

Aktual
Tovuzda tribunalar dolmadı - niyə?
Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Son xəbərlər
  • Bu gün, 00:16
    “Bəzi mövqelərə nəinki əcnəbi, heç yerli futbolçu da tapa bilmədik” – Zaur Həşimov
  • Dünən, 23:55
    “Bu mövsüm İssa ilə Qismət arasında rotasiya edəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:32
    "Kaş, Səbuhi belə etməzdi" - Filipe Kandido
  • Dünən, 23:12
    "Böyük məbləğ vəd edilsə də, "Neftçi"dən getmərəm" - Yuri Vernidub
  • Dünən, 22:58
    "Neftçi" və "Zirə" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:28
    İngiltərədən Portuqaliyaya yollandı
  • Dünən, 21:53
    “Milan”ı tərk etməli olacaq
  • Dünən, 21:22
    İspaniya klubunda gürcü futbolçu
  • Dünən, 20:51
    "Zirə" - "Şəfa": START HEYƏTLƏRİ
  • Dünən, 20:27
    Serbiya klubunda yeni təyinat
  • Dünən, 19:56
    Londondan Madridə yollandı
  • Dünən, 19:25
    Tovuzda tribunalar dolmadı - niyə?
  • Dünən, 18:56
    "Qarabağ"ın rəqibi ilk qələbəsini qazandı
  • Dünən, 18:27
    “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
  • Dünən, 17:56
    "Sumqayıt" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 17:25
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:54
    "Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
  • Dünən, 16:23
    Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
  • Dünən, 15:52
    AFFA-nın baş katibi "Sabahın Ulduzları" yarışında
  • Dünən, 15:31
    Niderlanda yollanacaq
  • Dünən, 15:00
    İki boksçumuz 1/4 finalda - Avropa çempionatı
  • Dünən, 14:29
    Milandan Turinə yollana bilər
  • Dünən, 13:58
    "Yeni mərhələyə başlamağın vaxtıdı" - Zubir
  • Dünən, 13:27
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 12:56
    MS-ni tərk edə bilər
  • Dünən, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Dünən, 11:54
    Romadan Milana üz tuta bilər
  • Dünən, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Dünən, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Dünən, 10:31
    London klubunda yeni futbolçu
  • Dünən, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Dünən, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • 15-08-2026, 23:0
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • 15-08-2026, 23:0
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • 15-08-2026, 23:0
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
Daha çox
Oxunub: 338
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 134
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 123
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə